otellər üçün, otel, onlayn rezerv

Hərkəsə salam. Qrupda olan təcrübəli proqramçılardan məsləhət almaq istəyirəm. Onlayn formada otellər üçün rezervasiya sistemini necə qurmaq olar ? Hansı proqramlaşdırma dilləri ilə mümkündür ? Məsələn booking.com platformasını misal göstərə bilərəm. Fikirlərinizə ehtiyac var Zəhmət olmasa qeydləriniz edərdiniz Təşəkkür edirəm


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(10:38, 21/07/2019 ) #75657

Salam. Proqramlaşdırma dilinin bu məsələyə hər hansı aidiyyatı yoxdur. Istənilən dil ilə qurula bilər.

Çox baha başa gələn şeydir. Sıfırdan qurduranda təkcə texniki hissəsinə 25-50 min AZN arası gedər. Web, hotel dashboard və app.

Hazır sistemlər çoxdur almaq olar və quraşdırma filan birgə 1000 zad tutar yəqin. Amma onda da keyfiyyətsiz olur və özəl istəklər nəzərə alına bilmir, nə var ona qane olmaq lazım olur.

Bir də bütün bunlardan yüz qat daha çətin bir şey var. Yəni işin texniki tərəfi bir faizidir, 99% iş əməliyyat işləridir. Yəni otelləri bura cəlb etmək və istifadə etməyi öyrətmək izah etmək və.s..

Qısacası orta biznes həcmində bir işdir. Təxminən restoran açmaq kimi bir şeydir xərc baxımdan. 100 minə yaxın xərc və yaxşı satış kadrları olmali olan bir işdir. Əsla bir dənə sayt qurum işləsin modeli deyil

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:14, 21/07/2019 ) #75658

İlk olaraq cavabınız üçün sizə minnətdaram.
Qeyd etdiklərinizin hamısı tam doğrudur. Sadəcə mən turizm sahəsində çalışdığımdan bu yuxarıda qeyd etdiyim forma ilə əlaqəli belə bir fikrimiz var idi. İndi blog tipli və affiliate marketinq üzrəində qurduğum veb portal var.
Hal hazırda online travel agency sistemləri üzərindən fəaliyyət göstəririk. Portal vördpress üzərində yığılıb.
Mən internetdə axtardığım nəticələrə əsasən demək olar ki bu sistemlər üçün daha çox Ruby – Ruby on Rails istifadə olunur. Məsələn airbnb bu sistem üzərində yığılıb ( red. quora )
Sizin fikrinizcə ilk olaraq lokal olan bu sistem üçün (otel rezerv sistemi ) hansı proqramlaşdırma dili daha rahat (istifadəçilər üçün) və təhlükəsiz dir ?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:17, 21/07/2019 ) #75660

Proqramlaşdırma dilinin heç bir önəmi yoxdur bu məsələdə. Miqyas qlobal olanda artıq bir projede bir neçə dil istifadə edilir. Hər dil ən yaxşı nəyi bacarırsa ondan qarışıq istifadə edilir.

Məsələn bizim bir qlobal yönəlik projemiz var. Ölçmələr ile dörd dil ile testlər apardıq, projenin ayrı ayrı servislərini test ederek. Yekunda bizə sərf edən model bu oldu. Əsas sayt NodeJS, arxada NodeJSe bağlanan servislər isə PHP 7.2. və bu kombinasiya sırf bizim projede ən uğurlu performans göstərdi. Başqa projede tərsinə də ola bilərdi.

Məsələn Facebook php-de qurulub, amma backendde bir çox prosesler başqa dil ilə işləyir.

Airbnb ruby ilədir, amma arxada php-den geniş istifadə edir.

Və.s.

Qısacası elə bir boyuk layihə yoxdur ki bir dildə işləsin. Hamisi qarışıq dillərdən istifadə edir.

Local proyektlərde ise dili sırf gələcəkdə bu işi görəcək mütəxəssis tapmaq asan olacaqmı yanaşması ilə seçmək lazımdır. Təhlükəsizlik və sürət lokal proyektde önəmli deyil dil seçimi olaraq. Çünki təhlükəsizlik hamsinda qaydasındadir. Sürət də local proyektde hiss ediləcək qədər fərqli deyil.

Amma məsələn ruby Ile qursaniz, sabah saytı quranla əlaqəniz kəsiləndə başqa rubyci tapmaq çətin olacaq. Bizdə azdır deyə. Sirf bu aspektdən yanaşdıqda php və ya python məsləhətdir.

Şəxsən mən özüm belə layihə etsəm bir saniyə düşünmədən php seçərəm. Dil seçiminde cool qlamur olmaq yox, praktik, işini görən və asan kadr tapacağım alətlər çoxluğu lazımdır çünki.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(14:36, 21/07/2019 ) #75664

Tamamilə haqlısınız. Təşəkkür edirəm. Ətraflı izah etdiyiniz üçün minnətdaram Sizdən bir xahişim olacaq. Zəhmət olmasa mümkün olsa bu sistemi incələyə bilərsinizmi ?
https://phptravels.com/

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (1 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (3 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (4 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (10 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (16 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024