Bakıda Ev Yeri Seçmək Tövsiyyəniz

Salam. Bakıda təxminən qiyməti 70min olan ev almaq fikrim var. İstədiklərim bunlardır:
1) Mümkün qədər ev 3-4 otaqlı olsun ki, öz ailəm (4 uşaqlıyıq) və anam-atam bizlə rahat qalsın.
2) Gələcəkdə uşaqlar məktəbə, universitetə daxil olarsa həmin yerdən ora getmək asant olsun.
3) Mümkün qədər həyati önəmli vasitələrə yaxın yer olsun.
Dostlar, sizcə bu qiymətə Bakının hansı yerindən ev alsam uyğundur? Sizcə həyət evi alsam yaxşı olar yoxsa bina evi (zdaniya) ? Fikirləşirəm həyət evi alsam yaxşı olar, çünkü gələcəkdə maşın olsa həyətdə saxlamaq yeri olar.

Ağıl-ağıdan üstündür deyə sizdən yazıb məsləhət almaq istəyirəm, çünkü ev elə bir şeydir ki, bir dəfə illərlə pul yığıb, öz evini satıb güclə almaq olur. Qeyd: Yuxuda görmüşdüm Xırdalandan ev almışam 🙂


Yadda saxlama
Kateqoriya: Sual . , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(08:31, 24/07/2019 ) #75686

Bina.az saytında axtarış edin qiymət üzrə və 70 minə 3-4 otaqlı ev harda olur ilk öncə o siyahını tutun, sonra artıq məsləhətlər ala bilərsiniz.
Mənim fikrimcə o qiymətə ev ancaq Bakı kəndlərində, Xırdalanda bina evləri və ya kiçik heyət evləri , və Masazırda ola bilər. Şəhərin özündə mümkün deyil o qiymətə 3-4 otaqlı ev.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:39, 24/07/2019 ) #75688

Bu qiymətə Koroğlu metrosuna maşınla 10 dəqiqəlik məsafədə olan Yeni Ramanadan çox gözəl həyət evi almaq olar. Butapalasın yanında yerləşir dediyim ərazi. Elan saytlarında tapıb ala bilərsiniz. İnfrastrukturu da əladır, Araz, al, oba kimi market şəbəkələri var. 2-3 ədəd uşaq bağçası var. 4 ədəd orta məktəb var bu ərazidə. Yolun yaxınlığından 6-7 ədəd marşurut xətti keçir.

Bina evinə gəldikdə isə Komsomolski adlanan ərazi də Ramana residense yaşayış kompleksi var, bir binadır evlərin kvadart metri 700 manatdan başlayır, təmirsiz. Onunla da maraqlana bilərsiniz

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:27, 24/07/2019 ) #75689

Çox təşəkkür edirəm dəyərli vaxtınızdan ayırıb rəy yazdığınız üçün. Xahiş edirəm yenə də kimin nə tövsiyyəsi olsa yazar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (07:19, 26/12/2019 ) #76929

    Ümümiyyətlə rayonlardan Bakıya köç etmək doğru deyil. Çünki rayonların millət olaraq ayrı ayrı xüsusiyyətləri var, eləcədə Bakı camahatının. Bura gəlişinizin səbəbi uşaqlarınızın gələcəyidirsə bu riskdir.Bakıda ailə daxilinə problemlər rayonlara nisbətən çox ayaq açır.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (11:56, 26/12/2019 ) #76930

      Dediklərinizdə həqiqət var, sadəcə bir məqama toxunmaq istərdim.
      Siz deyən mənada Bakı camaatı deyə bir şey yoxdur axı. Bakının hazırki sakinlərinin 99-100%-i rayondan köçüb gələnlərin özləri, övladları, nəvə və nəticələridir. Bakı yalnız neft bumundan sonra böyüyüb deyə, ondan əvvəl bir kənd böyüklüyündə olan içəri şəhərdən ibarət olub deyə Bakının keçmişdən gələn hər hansı monolit xüsusiyyətləri yoxdur.
      Hər rayondan gələn özü ilə gətirib xüsusiyyətləri, üstünə gələndə xarici varlı ailələr + yerli formalaşan varlılar + sonra sovetin quruluşu və gətirdiyi çoxmillətli urbanizasiya və.s. nəticədə alındı 1980-lərin Bakısı. 1990-larda isə yenidən 100 il əvvəlkinə qayıtdı bir növ, yenə də kütləvi yeni sakin qəbuluna başladı və bu proses hələ ki davam edir.
      Yəni bu təbii prosesdir. Bakıya köçmə istəyi də təbiidir.
      Şəxsən mən çoxlu kiçik şəhərli Azərbaycan modelinin tərəfdarıyam, Almaniya modeli(o boyda Almaniyada Bakıda böyük şəhər yoxdur) amma bu hazırda sadəcə olaraq xəyaldır və ölkədə de-fakto bir şəhər var.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:26, 26/12/2019 ) #76931

Təşəkkür edirəm rəyiniz üçün. Mən bakıda maraqlandım, o qiymətə köhnə tikililər gördüm bəyənmədim, plana düşənlər də var idi, satan deyirdi ki al cekpot udmuş kimi olcaqsan, mən də bir dəfənlik ev istəyirəm, sabah dövlətlə savaşa çıxası, yaxud oturub təzə tikilmə gözləyəsi halım yox idi. Ama qarşıdan gələn ay yenidən gedib baxmaq istəyirəm, bu dəfə 140min manat civarında büdcə ilə. Özüm ali məktəbimi bakıda oxumuşam, indi baxıram həkim və s-lər lazım olanda da bakıya getmək lazım gəlir. Düzün desəm heç Azərbaycanın özünə marağım yoxdu, tutaq ki gəlib ev aldım, bəs dolanışıq necə olcaq deyə fikirləşirəm. İş yerləri onsuz da yoxdu, hansısa halal bir işə pul qoymaq üçün da çox boyuk risklərdi ve adamın olmalıdır. Fikrim budur ki uşaqlarımın gələcəyi yaxşı olsun və onlara ölməzdən əvvəl halal ruzi qazana biləcəkləri yer qoyum gedim. Allah Özu imam Huseyn agaya xatir barəmizdə məsləhət bildiyini etsin insAllah

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

MiMov cavab verdi - Özəl ip tv qurmaq (4 gün əvvəl)

MiMov cavab verdi - iptv onlayn paket almaq (4 gün əvvəl)

E. Hacı cavab verdi - 300$ Gömrük Limitini keçdim (11 gün əvvəl)

Software Developer cavab verdi - Aliexpress gömrük rüsumu nəyə görə hesablanır? (12 gün əvvəl)

AliyevYT cavab verdi - Honeygain, passiv gelir (13 gün əvvəl)

Sıradan biri cavab verdi - IMEI qeydiyyatı (15 gün əvvəl)

Fariz Huseynli cavab verdi - cerimenin öyrənilməsi (18 gün əvvəl)

Software Developer cavab verdi - cerimenin öyrənilməsi (20 gün əvvəl)

Software Developer cavab verdi - Kapital bank rekvizit payoneer (20 gün əvvəl)

Software Developer cavab verdi - Hər hansı kompyuter proqramının (EXE faylı) etibarlı olub olmaması yəni qanuni və ya saxta olduğunu necə bilmək olar ? (20 gün əvvəl)

txmn cavab verdi - Hərbi biletsiz, möhlətsiz iş (22 gün əvvəl)

Galaxy cavab verdi - X-də (Twitter) premium abunəliklə bağlı çətinlik (22 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (28 gün əvvəl)

Software Developer cavab verdi - Payonner 2024 ilə bağlı sual (28 gün əvvəl)

Rsad Ncfli cavab verdi - Payonner 2024 ilə bağlı sual (28 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23229 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024