“Yeni tikili” yoxsa “köhnə tikili”?

Salam. Evləri araşdırıb belə başa düşdüm ki, Bakıdakı köhnə tikililər 1960cı illərə aid olduğu üçün artıq istismar müddətini başa vurub (köhnəlib). Ona görə də ev alarkən yeni tikili almaq məsləhətdi deyə düşünürəm. Siz hansını məsləhət görürsüz? Sizcə hansı dözümlüdür? Mən uşaqlı ailə üçün uyğun olan, 28may və ya Yeni Yasamalda yerləşən 150min civarında mənzil almaq istəyirəm.


Yadda saxlama
Kateqoriya: Sual . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(12:07, 06/08/2019 ) #75856

yeni tikili yaxşı olsada komendant deyilən bir sistem var ayliq 150-250 manat pul verməlisiz. binadakı axran lift pulu mənzil istismarı təmizliyi komunalı falan. yeni tikili binada yaşayan tanıdıqlarım var deyir bilsəydim aylıq bu qədər pul verəcəm gedib bu pula kirayədə qalardım elə.

o ki qaldı dözümlülüyə əlbətdəki köhnə tikili daha dözümlüdür. Planned obsolescence deyilən birşey var. sovetə və sosialist sistemdən qalan hərşey daha dözümlüdür.

ən adi primitiv birşeyi misal gətirim sovetdən qalma evdəki 30 illik aboyumuza heçnə olmuyub. ama o biri otağa vurduğumuz 4 illik aboy uje rəngi solub qaralıb və ömrünü doldurub.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:03, 06/08/2019 ) #75861

Mən də yeni tikiliyə üstünlük verənlər arasındayam.
Köhnə tikilinin mənfiləri çoxdur. Darısqallıq, kommunal problemlərin daha çox olması, alçaq tavan, natəmizlik, bərbad liftlər, parkinq yeri problemi və.s.

Yeni tikili məsələsinin isə problemi odur ki, hərəsini bir şirkət tikir deyə fərq də çoxdur. Bərbad olanları da var (hər mənada, daşı, divari, materialı, səs keçirməsi, kommunal xidmətin təşkili və.s. baxımdan) əla olanları da.
Ona görə də yeni tikili seçərkən çox yaxşı araşdırma aparmaq lazımdır, maklerlərin dediyinə yox, real binada yaşayan sakinlərin fikirlərinə diqqət etmək lazımdır.
Üstünlük yox, qüsur axtarmaq lazımdır. (niyə bu binadan ev seçməliyəm kriteriyası ilə yox, niyə bu binadan ev seçməməliyəm kriteriyası ilə yanaşmaq – belə olan halda həyəcana qapılıb yanlış qərar vermə ehtimalı az olur)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:15, 06/08/2019 ) #75870

Dəyərli vaxtınızdan ayırıb cavab yazdığınız üçün təşəkkür edirəm. Yeni tikilidə dediyiniz əlavə ödənişlərin olması yəqin ki, hamsına aid olmaz.
Düşünürəm yeni tikili alsam fikir verəm ki, həmin tikili icra hakimiyyətinin göstərişi ilə tikilmiş pilot layihəli bina olsun. Çünki kupça verilir onlara.
Amma keçən dəfə bəzi yeni tikili binaların yanında keçdim, gördüm ki tikintidə indi satışda mod düşən saxsı içi boş kərpicdən istifadə edirlər və buna görə çox məyus oldum.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:07, 06/08/2019 ) #75872

    – kommunal aylıq 50 azn olan bina da var, 500 azn olan da. Bunlara daxildir, blokun təmizliyi, liftin işləməsi, blokun işıqları, zibilin daşınması və.s.

    – hündür binalarda təbii ki o içi boş dediyiniz kərpic olmalıdır. Kubik və ya ağır ənənəvi kərpic ilə tikəsi deyillər ki. Bina batar yerin altına 🙂
    Əsas olan binanın skeletidir, o da dəmir-betondur, bütün möhkəmliyi o təmin edir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(09:27, 07/08/2019 ) #75879

Qeyd olunub fikirlər mən də öz fikrimi bildirim ki, yeni yaxşı tikililərin çox üstünlüyü var. Bizim bir qohum Bakıda 2 ay binaları gəzdi axırda istəyinə uyğun tapa bildi. İndi onlarla şirkət ev tikir, ən əsası bu sahədə biliyi olan bir tanış tapın, inanın binanı elə bəziyirlər ki adamı valeh edir, di gəl ki, təchizatı bərbat gündədir, hələ də qaz çəkilməyən binalar möcvuddur illərdir tikilib və yaşayış var.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (22 saat əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (1 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (5 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (5 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (6 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (7 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (18 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (18 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (18 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (18 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024