Səxsi hesabdan pul köçürmə əməliyyatı

Salam.Sualım budur ki,şəxsi hesabdan başqa şəxsin hesabına pul köçürən zaman pin kodun aktiv edilməsi üçün müəyyən miqdarda pulun ödənilməsi doğrudurmu?

Şəxsi hesabdan başqa şəxsin şəxsi hesabına pul köçürən zaman pin kodun aktiv edilməsi lazımdırmı.
Deyilənə görə pin kodu aktiv etmək üçün 5150 dollar pul ödənilməlidir.Söhbət bank hesabından gedir.Amerika birləşmiş ştatlarındakı bankdan (bank hesabından)öz şəxsi bank hesabıma pul köçürmə əməliyyatı edən zaman bu problemlərlə qarşılaşıram.və həmin banka bu haqda məlumat verirəm.cavab olaraq bildirirlərki köçürmə etməzdən qabaq mütləq pin kodu(digər şəxsin hesabındakı pin kodu) aktivləşdirməliyəm və buna görə 5150 dollar ödəməliyəm.Bilmək istəyirəmki bu doğrudurmu?


Yadda saxlama
Kateqoriya: Sual . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

(14:12, 10/08/2019 ) #75928

sual tam aydın deyil. şəxsi hesab deyərkən söhbət bank hesabından gedir yoxsa plastik kartdakı 3d koddan?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:41, 12/08/2019 ) #75935

Salam. Bu dediyinizdə ziddiyyət və natamamlıq olduğu aşkardır.

Gəlin açıq danışım. Dediklərinizdən belə anlayıram ki, USA-da sizə pul göndərən tərəf sizi aldatmağa çalışan internet dələduzlardır.
Əgər bu belədirsə, sadəcə bilin yetər ki dava o 5 min dolların davasıdır, onu alıb yox olacaq qarşı tərəf. Sizə də heç bir pul gəlməyəcək. Hər il 100lərlə Azərbaycan vətəndaşı bu tip şeylərə aldanıb pullarını itirir.

10 il əvvəldən bəri bu haqda müntəzəm yazıram. Məsələn 9 il əvvəlin sual-cavabı: https://cavablar.net/2010/08/11/internet-firildaqlar/

Yox əgər mən yanılıramsa, USA-dakı öz bank hesabınızdırsa, o zaman elə bir şey yoxdur, pinkod filan. Heç bir pin kod olmadan pul köçürmək mümkündür, sadəcə köçürmə haqqı olur kiçik məbləğdə. o da öncədən ödənmir, köçürülən puldan tutulur.

Qısacası sizə pul göndərilirsə, pul gəlməlidir birbaşa, siz heç bir halda öncədən nəsə etməli deyilsiniz pinkod filan.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat
Login with Facebook

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - ilkaddimlar.com-a nə oldu? (8 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (17 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (19 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (19 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (19 gün əvvəl)

E. Hacı cavab verdi - Telefon almışam kamerasında ləkə var qaytarmaq istəyirəm, mağaza qaytarmır (20 gün əvvəl)

Software Developer cavab verdi - Rus dili yatırımı (20 gün əvvəl)

Cənab cavab verdi - Rus dili yatırımı (20 gün əvvəl)

Software Developer cavab verdi - Rus dili yatırımı (20 gün əvvəl)

Cənab cavab verdi - Rus dili yatırımı (21 gün əvvəl)

Software Developer cavab verdi - Rus dili yatırımı (21 gün əvvəl)

Azad cavab verdi - Windows 11 FPS drop (34 gün əvvəl)

AGAPROGRAMM cavab verdi - Kompyuterimin çox gec yanmasının səbəbləri nədir ? Necə düzəldərəm ? (37 gün əvvəl)

Ayaz2550 cavab verdi - 1ci qrupda informatika üzre imtahan vermek (38 gün əvvəl)

Ayaz2550 cavab verdi - Windows 11 FPS drop (38 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23307 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2025