xaricə miqrasiya

hər kəsə salam.
qayıtmamaq üzrə avropaya və ya amerikaya köç etmək istəyirəm.
eşitdiyimə görə bəzi ölkələr miqrant qəbul edir, mənim miqrant olaraq hansısa ölkəyə sığınmaq kimi bir şansım varmı, bu realdırmı?
əgər varsa bunun yolu ve şərtləri nədir? necə etməliyəm?
çox xahiş, məlumatı olan varsa məni də məlumatlandırsın


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(20:36, 12/09/2019 ) #76144

Dediyiniz zona üzrə heç kim miqrant qəbul etmir.
qəbul etsəydi sizinlə eyni düşüncədə olan milyonlarla hindistanlı, əfqan, pakistanlı avropanı doldurardı.

amma buna rəğmən çətin yollarla hələ də gedirlər.

– qara yol odur ki, bu işin maklerlərini tapıb 15-20 min pul verib onların dediklərinə eynilə uymaq və turist adı ilə xaricə gedib orda xüsusi təlimatlara uyub, özünün və ailəsinin təhlükədə olduğunu deyib sığınacaq istəyib şansı sınamaq – hazırda bu əsasən savadsız kəsim arasında ən yayğın yoldur, zəmanəti 100% olmasa da (bir çoxunu deport edirlər geri – 5 il bu təhlükə davam edir) gedənlər çoxdur

– ağ yol. savadlı şəxslər üçün daha münasib olan yol deyilən ölkələrdən birinin universitetinə onlayn müraciət etmək və qəbul olaraq tam qanuni, qorxusuz yolla gedib oxumaq.oxuyub bitirəndə isə orda iş tapma icazəsi verilir. bu da ciddi pul tələb edən şeydir əlbəttə ki. ən ucuz başa gələn ölkə hazırda macarıstandır, çox azərbaycanlı tələbə var orda indi. bitirəndə də qayıtmırlar işləyirlər orda. uzaq gələcəkdə də vətəndaşlıq alma şansları olacaq. bu yolda digər alternativ isə onlayn müraciət ilə iş tapmaqdır ki – bu xərci çox az olan yoldur, birbaşa getmək olur oturum izni ilə birlikdə. sadəcə iş tapmaq üçün gərək dünya səviyyəsində mütəxəssis olasınız öz sahənizdə(məsələn prestijli sertifikat sahibi olmaq)

– varlı yolu – xaricdə mülk alıb və ya investisiya edərək şirkət təsis edib birbaşa icazə almaq. qısacası pulun açdığı qapı. bu variant da qorxusuzdur rahatdır və zəmanətlidir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (02:33, 13/09/2019 ) #76147

    aydındı
    belə də bilirdim
    hər nəysə
    cavabınız üçün təşəkkür
    qara yolla getmək mənim təbiətimə ziddir, nəinki buna görə kiməsə pul vermək, 15-20 mini mənə versələr ki, bu yola baş vur yenə razı olmaram
    ağ yola gəldikdə isə mənim nə ali təhsilim, nə sənətim, nədəki universitet oxuyacaq səviyədə dil biliyim yoxdu
    plus yaşadığım həyat şəraitinin mənə vurduğu travmalar nəticəsində beynim də o qədər güclü işləmir
    görünən budur ki qurtulmaq mənim üçün sadəcə bir xəyaldır
    ama söz vermişəm ilk fürsətdə hər şeyi tərk edəcəm
    tanrı mənə yardım etsin başqa nə deyim 🙂

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (10:14, 13/09/2019 ) #76148

      Ciddi yanlış yanaşma hiss edilir. yanaşma tərzini dəyişmək məsləhətdir.
      bu tip depressiv yanaşma ancaq gedir dalana dirənir, çıxış yolu vermir.
      Çıxış yolu isə hər zaman var.

      Sizin yerinizdə olsam nə edərdim:

      – Azərbaycanın bütün məlum problemləri, mentaliteti zadı ilə birlikdə bütün bu mənfilərə baxmayaraq əslində yaşamalı ölkə olduğunu dərk edərdim. (inanın ki bu belədir, hamımızın bildiyi bütün problemlərə rəğmən – müsbət şeylər də çoxdur) Məsələn tam qərəzsiz, neytral bir insan kimi, bir anlıq rola girərək guya ətrafımı sevirəm hər şeydən razıyammış kimi yanaşın bir vərəqdə bu ölkədə nələri sevirəm deyə siyahı tutardım. inanın ki başlanğıc qərəzi kənara qoyduqda, sevmədiyim şeyləri müvəqqəti unutduqda müsbət siyahısı üçün xeyli şey tapardım.

      – xaricə getmək fikrində qətiyəmsə və oraya ikinci dərəcəli insan hesab edilmədən, başı dik getmək istəyirəmsə, o halda bunun üçün ilk öncə maddi vəziyyətimi burada qala qala çox yaxşılaşdırmağın lazım olduğunu dərk edərdim. Və bütün gücümü buna sərf edib burada nələrsə etməyə çalışardım. Bunun üçün isə yüksək İQ zəruri deyil, əkshalda professorlar alimlər həm də ən varlı adamlar olardı – gördüyünüz kimi deyillər. Demək ki maddi rifah və yüksək intellekt, təhsil arasında çox da güclü əlaqə yoxdur.

      – ümidsiz yanaşmanın, ətrafa neqativ baxmanın, nifrətin səbəbinin 90%-nin ətrafda yox, özümdə olduğu problemini dərk edib özümü islah edərdim. ətrafındakı toplumu bəyənmirəmsə, çirkinirəmsə, bu mənim problemimdir, ətrafımın problemi deyil. ətrafım mən olmadan da belə idi, mən doğulmadan da belə idi.
      Mən də bu ətrafın yaratdığı ümumi xəmirdən yoğrulmuş biriyəm, indi baxışlarım üst-üstə düşməyə bilər, amma mən də bu ağacın budağıyam. ona görə də özümü çox kənara çəkib başqa planetli sanmazdım, elə bu toplumdan olduğumu qəbul edib içimdəki neqativi yox edərdim və ondan sonra özüm üçün faydalı nə edə bilərəm onu düşünərdim. nifrət, neqativ məğlubiyyətə aparan şeylərdir.

      Yuxarıda yazdıqlarımdan heç biri sizi hədəflədiyiniz yekun hədəfə çatmaq fikrindən daşındırmır, əksinə, mümkün olmayan və ya xəyali bir marşrut əvəzinə real bir marşrut təklif edir.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:35, 16/09/2019 ) #76175

Yuxarıda çox gözəl sözlər yazılıb. Varlı şəxslərin bir qismi ümumiyyətlə təhsilin çox da önəmli olmadığı qənaətindədir. Ali təhsil, magistr və s. pillələr cəmiyyətdə heç kimə lüks vermir. bəzi toplum içərisində ola bilər və yaxud sahəniz üzrə gözəl iş tapmaq imkanı verir bəli, ancaq fikrimcə yuxarıda qeyd etdikləriniz sizə minus gətirmir. Şəhərdə baxmsaz 3 nəfərdən biri ali təhsillidir, ancaq işsizlərin böyük əksəriyyəti də məhz onlardır.

Millətimiz ali təhsili bir görəv kimi görürlər, bilmədikləri yuxularına girmədikləri ixtisaslara yiyələnib bir süü işsiz ordusu yaradırlar.

Yəni pessimist olmayın, Hər bir başınıza gələn problemdə məna axtarın. Sevdiyiniz işləri kəşf edin və onlardan pul qazanmağı öyrənin. İnanın elə insanlar tanıyıram ki, milli valyutamızı belə tanımır amma çox böyük həcmlərdə işlərlə məşğul olub pul qazanır.

Problemi özünüzdə axtarın, ölkədən çıxıb getmək çıxış yolu deyil, çünki orada sizi buradan da böyük çətinlik gözləyir

Hər zaman gözəl fikirləşin, imkan verməyin pis fikirlər beyninizə təhtəl şüurunuza təsir etsin

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (15 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (8 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (10 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (10 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (16 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024