Salam. İlk öncə onu deyimki kanallar robotlar yox insanlar tərəfindən yoxlanılır. Mənim kanalım keçən ilin oktyabrında bağlandı. Hesabımda 3000 $ dan çox pul varidi limiti 10 000 $ qoymuşdum. Qorxdumki puluda çıxarda bilməyəm. Amma qəpiyinə kimi çıxardım. Bir il ərzində 3 dəfə rədd edildim sonunda 1 həftə bundan qabaq açıldı. Araşdırdım köhnə adsense hesabımı ləğv elədim. Məsləhətim adsense hesabınızı silin yeni adsenseyə qoşulun. İçində pul olsa belə ona aldanmayın qoy batsın yenisi ilə daha çoxunu qazanarsınız. Videolarınız çalışın HD variantda olsun. Video yükləyəndə təsvir yerinə yazılan teqləri silin
Video yüklənən zaman orda olan yerə teqləri yazın. Böyük hərflərlə bütün başlıqları yazmayın. Videonun üz qabığının şəkilin ayrıca işləyin gözə çarpan olsun. Məkanı Azərbaycan qoyun çoxlatı Amerika qoyur. Youtube uşaq zad deyilki baş aldadasız. Nə var düz yazın. Müəllif hüququ olan videolarınız varsa hamısını silin. Ondan sonra müraciət edin. Yoxsa əlinizi üzün. Açırlar kanalları amma səhv olmamalıdı. Uğurlar. Bu arada kanalın adı *Az amma Çox*
Sual verin
Cavab verin