Qanunsuz işçi işletmeyin cəzasi

Qanunsuz işçi işlədiyi yerden oğurluq edərsə nə etməliyik?


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(11:11, 28/09/2019 ) #76268

Daha dəqiqin hüquqşunaslar bilər ancaq oğurluq oğurluqdur cinayət məsuliyyəti daşınılır. Polisə müraciət edə bilərsiniz ərizə filan yazdıracaqlar yəqin ki.
Amma şəxsi fikrimi deyim ki, polisdən əvvəl özü ilə danışmaq araşdırmaq daha yaxşı olar niyə edib bunu. Bəlkə də peşmandır həqiqətən.
Cinayət Məcəlləsinə görə,
Maddə 177. Oğurluq

177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —

üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[338]

177.2. Eyni əməllər:

177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;

177.2.2. təkrar törədildikdə;

177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə;

177.2.3-1. elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə;[339]

177.2.3-2. neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə;

177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—

177.2.5. zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə -[340]

bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[341]

177.3. Bu Məcəllənin 177.1 və ya 177.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: [342]

177.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;

177.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə—

177.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—[343]

əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [344]

177.4. Bu Məcəllənin 177.1-177.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə -[345]

on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:27, 28/09/2019 ) #76269

Əlavə bir şey də deyim ki, bildiymə cinayət ilk dəfə törədilirsə və vuracağı ziyan kiçikdirsə ilk dəfə üçün əfv oluna bilər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:54, 28/09/2019 ) #76271

Adi oğurluq kimi şikayət edilir. Sadəcə bu əsnada əmək məcəlləsi üzərindən iş sahibini də bir neçə min manatlıq cərimə gözləyə bilər

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (5 saat əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (3 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (4 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (4 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (4 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (5 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (16 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (17 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (17 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (17 gün əvvəl)

MiMov cavab verdi - Özəl ip tv qurmaq (25 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024