Qanunsuz işçi işletmeyin cəzasi

Qanunsuz işçi işlədiyi yerden oğurluq edərsə nə etməliyik?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2019-09-28 12:54:59)
Adi oğurluq kimi şikayət edilir. Sadəcə bu əsnada əmək məcəlləsi üzərindən iş sahibini də bir neçə min manatlıq cərimə gözləyə bilər

Şükür Hüseynov (2019-09-28 11:27:59)
Əlavə bir şey də deyim ki, bildiymə cinayət ilk dəfə törədilirsə və vuracağı ziyan kiçikdirsə ilk dəfə üçün əfv oluna bilər.

Şükür Hüseynov (2019-09-28 11:11:41)
Daha dəqiqin hüquqşunaslar bilər ancaq oğurluq oğurluqdur cinayət məsuliyyəti daşınılır. Polisə müraciət edə bilərsiniz ərizə filan yazdıracaqlar yəqin ki. Amma şəxsi fikrimi deyim ki, polisdən əvvəl özü ilə danışmaq araşdırmaq daha yaxşı olar niyə edib bunu. Bəlkə də peşmandır həqiqətən. Cinayət Məcəlləsinə görə, Maddə 177. Oğurluq 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[338] 177.2. Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; 177.2.3-1. elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə;[339] 177.2.3-2. neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə; 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə— 177.2.5. zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə -[340] bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.[341] 177.3. Bu Məcəllənin 177.1 və ya 177.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: [342] 177.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 177.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə— 177.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə—[343] əmlakı müsadirə olunmaqla və ya olunmamaqla beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [344] 177.4. Bu Məcəllənin 177.1-177.3-cü maddələrində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə -[345] on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.