Bitcoinin Hazırki Vəziyyəti Haqqında Suallar 2019 2020

1,Hal hazırda bitcoin almaq satmaq serf edərmi?
2.Bitcoin alıb satmaq üçün illa videocard bazasımı olmalıdı bank kartınan alıb satmaq olmurmu?
3.100 dollarlıq bitcoin alsam geri satsam normalda nə qədər gəlir əldə edə bilərəm maxsimum,minimum,
4.bitcoin alsam konpyuterimə xakerlər hücum edərmi?
5.qazanılan pulu azerbaycanda neğdleşdirmək olurmu və hanı yerlərdə?

Cavabınıza görə çox sağolun


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(12:40, 28/09/2019 ) #76270

1. Belə sualların cavabı bilinsə, zatən birja deyə bir şey də olmaz. Birja qeyri müəyyənlikdir, hər kəs öz subyektiv analizi ilə nəticə çıxarır.
Almaq da sərf edə bilər, satmaq da. Sabah bitcoin dəyərdən düşüb 1000 dollar da ola bilər, hansısa güclü spekulyasiya ilə 100 min dollar da.
2. Ümumiyyətlə sizə qətiyyən məsləhət deyil bitcoin alıb ssatmaq – hələ ki. Yetərincə məlumat əldə etdikdən sonra girişməyə dəyər. Çünki verdiyiniz bu sual sahə haqqında ümumiyyətlə məlumatsız olduğunuzu göstərir. Tələsməyin. Öncə məlumat əldə edin.
3. Əmtəənin dəyəri nə qədər dəyişirisə o qədər. Məsələn 10 manata aldığınız mal 11 manata olursa demək ki hər 100$ alışda 10$ qazanarsız.
4. həm hə həm yox – hər şey mümkün. bitcoin tokeni adətən usb diskdə filan da saxlayırlar.
5. rəsmi olaraq yoxdur . bir ara portmanat edirdi, deyəsən ləğv etdi. məşğul olanlar isə xaricdəki əlaqələri və ya online finans xidmətləri və.s. ilə edirlər.

Ümumiyyətlə bitcoin deyən bir şey aldıqda siz hər hansı kod almırsınız. Yəni 1 bitcoin hər hansı kod deyil. 10 bitcoin də həmçinin. Yəni bunun heç bir kodu olmur. Bitcoin informasiyadır. Sadəcə informasiya. O informasiya da sizdə yox, qlobal kompüterlərdə yayğın şəkildə olur, minlərlə nüsxədə. Ona görə də hack etmək mümkün olmur.

Sizdə olan və qorumalı olduğunuz şey sizin loru desək məxfi kodunuz, açar kodlarınızdır.
O kodlar sayəsində məhz siz o beynəlxalq şəbəkədə 10 bitcoin sahibi olan hansısa dsadsadsadsadsad32312 adlı istifadəçinin sahibi olduğunuzu isbat edirsiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat
Login with Facebook

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (1 saat əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (4 saat əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (7 saat əvvəl)

E. Hacı cavab verdi - Telefon almışam kamerasında ləkə var qaytarmaq istəyirəm, mağaza qaytarmır (11 saat əvvəl)

Software Developer cavab verdi - Rus dili yatırımı (1 gün əvvəl)

Cənab cavab verdi - Rus dili yatırımı (1 gün əvvəl)

Software Developer cavab verdi - Rus dili yatırımı (1 gün əvvəl)

Cənab cavab verdi - Rus dili yatırımı (1 gün əvvəl)

Software Developer cavab verdi - Rus dili yatırımı (2 gün əvvəl)

Azad cavab verdi - Windows 11 FPS drop (14 gün əvvəl)

AGAPROGRAMM cavab verdi - Kompyuterimin çox gec yanmasının səbəbləri nədir ? Necə düzəldərəm ? (18 gün əvvəl)

Ayaz2550 cavab verdi - 1ci qrupda informatika üzre imtahan vermek (19 gün əvvəl)

Ayaz2550 cavab verdi - Windows 11 FPS drop (19 gün əvvəl)

Aysu2009 cavab verdi - Telefonda riyazi işarələri nətər yazım? (37 gün əvvəl)

Aysu2009 cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (37 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23305 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2025