Magistr təhsili haqqında məsləhət

Salam dostlar. Sizdən bir məsləhət kimi birşey almaq istəyirəm. Mən İnformasiya texnologiyaları üzrə təhsil alıram, IV kursam. Komputerə qarşı həvəsimlə bağlı bu ixtisası seçdim, onu deyə bilərəm ki, universitetə qəbul olduğum müddətə qədər bildiyim bilikləri, demək olarki 1% artırdım demək olarki vaxt itkisi oldu. Özümdə bu sahədə çoxda güclü olmasamda orta səviyyədə bilik və bacarığım var (Helpdesk mövzusunda) Patokun 90% hissəsi magistr üçün hazırlaşır, bakalavrdakı vəziyyəti görəndən sonra, magistrə qarşı həvəsim yerlə bir süründü, əvvəl fikrim var idi, indi isə yoxdur, sadəcə həmyaşıdlarımın və qrup (patok) yoldaşlarımın magistri önəmsəmələri istər – istəməz məni bu mövzuda demək olarki tək başına qoyduğu üçün, fikrində qəti ola bilmirəm, sanki bir addım, bir tık geri qalmış kimi hiss etməyə vadar edir məni. Üstəlik işləmək istədiyim peşə üzrə iş yerlərinin daha çox özəl şirkətlər olmasıda. Bu forumda magistr təhsili almış istifadəçilər varsa, rica edərəmki fikirlərini bildirsinlər, hər bir fikir dəyərlidir mənim üçün.


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

(21:10, 03/10/2019 ) #76322

Magistr təhsili Azərbaycanda əlbəttə ki heç bir şey öyrətməyen formal bir təhsil pilləsidir. Yəni bakalavri bəyənmədinizsə, magistr daha betərdir təsəvvür edin.

Müsbətleri də var amma. Universitet həyatından birdən birə qopmadan tədrici ayırır insanı, işləyə-işləyə oxumaq olur, bir növ həyatın növbəti mərhələsinə keçid daha rahat alınır. Hərbidən möhlət verir və.s

Qısacası sırf ixtisas barədə heç bir xeyri yoxdur, amma ümumi həyat, formalaşma və.s. baxımdan həyatınızın faydalı bir hissəsi ola bilər.
Yaxşı bir bufer zona, güvənli bir risk etmək dövrü, iş həyatı barədə səhv edə edə doğru yolu tapmağın daha rahat olduğu bir iki il.
Sizin yerinizdə olsam, qalardım məsələn mən.
Mən oxumuşdum zamanında, peşman deyiləm.

Qaldı hamının hazırlaşması barədə olan hissəyə – ona argumentum ad populum deyirlər elmdə. Yəni molla Nəsrəddin bir nəfərə yalandan deyir o tərəfdə pulsuz qənd nabat paylayırlar, o da inanır qaçır, molla evə girir və sonra çıxanda görür yüzlərlə adam həmin istiqamətdə qaçır. Deyir ayə nə olub hara qaçırsiz, deyirlər bəs o tərəfdə şəkər qənd paylayırlar pulsuz. Molla da baxır baxır və deyir deyəsən doğurdan da paylayırlar, o da qoşulur kütləyə və başlayır qacmağa . 🙂
Yəni oz uydurduğu ağ yalan belə kütlənin inandığı bir şeyə çevriləndə insan ona inanmağa başlayır, qalmışdı ki magistr təhsili almaq kimi yaxşı və ya pis olduğu dəqiq bilinməyən bir şey ola.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:34, 04/10/2019 ) #76325

Salam. Mən hal-hazırda “oxuyuram” magistraturada. Yəni dərs baxımından çox zəifdir. Nəsə öyrənmək ümidiylə ora getmək yalnış olar. Amma yuxarda da deyildiyi kimi, ümumi formalaşma baxımından faydalı ola bilər.
Yenə də maraq xatirinə oxumaq olar, çünki, dərslər də axşamdır bəzi universitetlərdə iş baxımından da problem yaratmır. Deyildiyi kimi, təhsildən birbaşa qopmaq da psixoloji olaraq biraz çətin olur. Ona görə magistratura maraqlı ola bilər. Amma yenə dediyim kimi, təhsili zəifdir ölkədə. Hər bir halda xeyirli olsun.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 saat əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (19 saat əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (3 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (4 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (7 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (7 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (7 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (12 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (13 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (13 gün əvvəl)

Memmiroff cavab verdi - "Adobe" olmadan qrafik dizayner olmaq.. (19 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23296 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024