Salam olsun hamıya. Bir maralı sualım var. Demək mən ikinci bir peşə kimi həm də çox həvəsində olduğumdan qrafik dizayn sahəsində öyrənmək istəyirəm. Məsələ budur ki,mən linux istifadəçisi kimi gimp və inkspace proqramlarından istifadə etməkdə davam edirəm. Çəkdiyim əmək və zaman etibarilə bu proqramlarla püxtələşməyə davam etsəm qrafik dizayn sahəsində populyar “Adobe” məhsulları olmadan iş tapa bilərəmmi yoxsa reallıq “Adobe”siz mümkün olmurmu bu sahədə?
Fikirləriniz mənimçün çox vacibdi təbii ki.
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
0
Adobe olmadan iş tapma ehtimalı var əlbəttə, sadəcə şans qat-qat azalmış olur.
Yəni tutaq ki, vakansiyalara baxanda Adobe istəyən 100 vakansiya varsa, istəməyən 5-10 vakansiya olmuş olacaq.
Nisbətən şans çoxalmış olar o halda ki, sırf Figma və Canva üzərində ixtisaslaşasınız və onlar üzrə vakansiyalara baş vurasınız. Vakansiyalara hərdən baxın və real olaraq görmüş olun bu 2 proqrama olan tələbi. O halda bir az kömək olar sizə seçimlərinizdə.
Hər ikisi veb ilə də işləyir deyə Linux ilə problem də qalmır.
Gimp və Inkspace ilə istədiyiniz nəticəni almaq mümkündür, bəli, sadəcə bu sizin öz şəxsi layihələrinizdə işinizə yarayar, iş yerlərində isə bu 2 proqramı işlədən müəssisə tapa bilməyəcəksiniz.
Hazırda bir çox agentlik var ki, əksər işləri Canva, Figma və bir az da süni intellekt köməyilə edirlər.