kaldıracın mahiyyəti nədir ?
necə olur ki biz bankda pul dəyişəndə qiymətin enib qalxmasından 10 dollar xeyir etdiyimiz halda foreksdə 1:100 kaldıraç nisbətində bu 10 dollar deyil 1000 dollar xeyir olur ? bu birjada yaxud broker də necə olur ki,100 dəfə daha dəyərli olur?
Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)
0
Deməli model çox sadədir.
Sizin 10 dollarınız var və birjada nəsə almaq istəyirsiniz.
Broker sizə əlavə olaraq borca 990 dollar verir və pulunuz olur 1000$
Siz 1000$ ilə əməliyyat edirsiniz nəsə alırsınız.
Bu zaman artıq qalxıb enmələr zamanı siz daha çox qazanma və daha çox itirmə halı ilə üzləşirsiniz təbii olaraq.
Məsələn tutaq ki, avro aldınız.
10$ ilə girdikdə:
Avro 1% düşərsə, siz itirirsiniz 10*1%=10 cent.
Avro 1% qalxarsa, siz qazanırsınız yenə 10 cent.
Göründüyü kimi qazanc çox cüzi olur deyə sizə sərf etmir, daha çox pul lazımdır ki, qazanc da ciddi olsun. Və brokerdən (kaldırac dediyiniz) istifadə edirsiniz.
Broker sizə borc verdikdə,
Avro 1% düşərsə, siz itirirsiniz 1000*1%=10 dollar.
Avro 1% qalxarsa, siz qazanırsınız yenə 10 dollar.
Gördüyünüz kimi qazanc cəlbedici olmaqla yanaşı itki də artıq ciddi olmağa başlayır.
Yəni 1% dəyişiklik öz pulunuz ilə girəndə heç bir qorxu təşkil etmədiyi halda, broker ilə girdikdə sizi tam müflis edir və bütün pulunuz əlinizdən çıxır.
Bu zaman brokerin qazancı və riski nə olur?
Broker hər zaman qazanır: Sizə 990 dollar borc verən broker siz itirsəniz də qazansanız da əməliyat bitəndə 990 dollarını geri alır. Əməluiyyat da elə qurulur ki, sizin itkiniz heç bir halda 10 dolları aşa bilməz, 10 dollara çatan kimi stop loss olur siz sıfırla qalırsınız, broker isə 990 dollarını alır.
Əlavə olaraq da sizdən kiçik komissiya haqqı alır sizə borc verdiyinə görə.
Beləliklə, nə mənzərə yaranır:
Broker sizə pul verdikdə
uğurlu ehtimalda:
– siz 100 dəfə daha yaxşı qazanc əldə edirsiniz
– broker öz komissiya pulunu alır kiçik qazanc olaraq.
uğursuz ehtimalda
– siz 100 dəfə daha pis itkiyə məruz qalırsınız.
– broker öz komissiya pulunu alır kiçik qazanc olaraq.
Broker hər zaman qazanır.
0
sualı cavablandırdığınız üçün təşəkkür edirəm, ancaq mənə investazın işçisi demişdi ki,bu brokerin deyil birjanın təmin etdiyi bir fürsətdir ? investazın fırıldaqcı olduğunu düşünürəm.
Hansı broker şirkət məsləhətlidir ?
və foreksdə necə davamlı qazanc əldə etmək olar?
0
Fərqi nədir ki? Ha birja broker rolunda çıxış etsin, yoxsa hansısa broker şirkət olsun. Yəni bu termin məsələsidir, fərq etmir. Əsas mexanizmin necə işləməsidir, onu da sadə dildə izah etdim yuxarıda.
Hansı broker şirkət məsləhətlidir ?
Etoro məsələn normaldır. İstənilən məşhur xarici forex şirkətləri ilə işləyə bilərsiniz, bunun elə də ciddi əhəmiyyəti yoxdur, eyni şeydir.
və foreksdə necə davamlı qazanc əldə etmək olar?
Bu sualı verməyiniz ciddi yanlışdır və sizin foreksə başlamağınızın təhlükəli olduğunu deyir. Çünki belə sual soruşmaq ümumiyyətlə sahə haqda çox az məlumatlı olmaq deməkdir.
təsadüfi proseslərin olduğu yerlərdə ilmələr(pattern), qanunauyğunluqlar tapmaq samanlıqla iynə axtarmaq deməkdir. Bunun heç bir vahid qaydası yoxdur. Olsaydı hamı qazanardı.
Foreksdə qazanmaq üçün dəmir iradə, emosiyaları idarə etmə bacarığı, insanları yaxşı tanımaq və kütlənin necə qərar verdiiyni bilmək və.s. ən önəmli cəhətlərdir.
Texniki analiz, terminlər, birja proqramları ilə işləyə bilmək, iqtisadi analiz etmək və.s. bunlar da özlüyündə fyadalı olsa da, işin heç 5%-i deyil. İşin 95%-i yuxarlda dediklərimdir. Onu da çox az adam bacarır deyə forexdə çox az adam varlana bilir.
Belə deyim, əgər forexlə qazanmağın hansısa çətin sənət sahibi olmaqdan və ya biznes qurmaqdan daha qısa və ya daha asan yol olduğunu düşünərək bu sahə ilə maraqlanırsınızsa, əsla və əsla məsləhət görməzdim, çünki onsuz da pulunuzu itirəndən sonra haqlı olduğumu görəcəksiniz. Mənsə deyirəm ki öncədən görün və pulunuzu itirməyin.
Forexə yalnız və yalnız yuxarıda dediklərim qədər hissiyyat və həyat təcrübəsi olandan sonra başlamaq məsləhətdir.
0
görəsən foreksdə qazanan insanlar var yoxsa bu bir fırıldaqdı?
0
Global Forex ciddi bir biznesdir ve milyardlarla dollar dövriyəsi var.
Təbii ki, fıırldaq deyil.
Klassik biznes ilə qumarın arasında yerləşən bir şeydir.
Təsadüf faktoru daha çoxdur deyə qumara yaxındır.
Eyni zamanda da sərfəli şərtlə məhsul və ya öhdəlik alıb sonra baha satmaqla qazanmaqdır deyə bu baxımdan da adi alqı-satqıya yaxındır.
sadəcə onu yadınızda saxlasanız bəs edər – ki çox çətiin sahədir və hər hansı gənc adamın ora qoşulub uğur qazanma şansı mində birdən də azdır. Lotoreya bileti almaq ondan daha çox şans verər bu durumda.
Çox ciddi və çox çətin sahədir.
Sual verin
Cavab verin