Salam qardaşlar.Mən Aliexpress saytınnan öz adıma və Anamın adına eyni çeşid hərənin adına cəmi 1 ədəd mal sifariş vermişdim.Daha dəqiq desəm mini proyektor idi.Bunnan əvəlki aylarda da həmən maldan sifariş etmişəm.amma bu cür problem yaşamamışdım.Zəng gəldi dedilər ki mallar hava limanındakı gömrükdə saxlanılıb.Gömrüyə getdim inspektor dedi eyni ünvana eyni maldan çox gedir deyə saxlamışam.Vöen aç rəsmiıəşdirmə et malı götür.İnvosy sənədlərini DHL əməkdaşınnan götürdüm və rəsmiləşdirmə üçün vöen,asan imza və elektron bəyənnamə işinə baş vurdum.Bəyənnamə zamanı elektron hesablamada baxdım ki malın rüsumu həddən artıq çoxdur.Hətta DHL üçün də 2,3,4,5 ci günlər saxlanc haqqı 1 euro,həftənin tək 1ci günü isə 5 euro saxlanc haqqı hesablanır.Qeyd edim ki mallar təxminən 22 gündür hava limanındakı gömrükdə yatır.Bilmirəm nə edim.Satıcıya da yazıram malı geri istə qəbul etmir.Yazır ki rəsmiləşdirmə edib malınızı götürməlisiniz.Mən ona cavabdeh deyiləm.Ama DHL Bakı ofisi deyir ki satıcıya yazın malı geri istəsin bizə bildiriş gəlsin heç bir saxlanc haqqı ödəməyəcəksiniz mal gəldiyi yerə qayıdacaq.Qardaşlar nə məsləhət görürsünüz mən nə edim ki pul batmasın? Xayiş edirəm mənə kömək edəsiniz.
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
-1
Dispute açıb malı geri yollayıb proyektorun pulunu alabilərsən. ama DHL yə malı göndərmək üçün gərək ödəniş edəsən yenədə təsüfki. malı yenədə azərpoçtla falan geri yollamaq olurmu bir araşdır. azərpoçt 14-15 manata yollayır çinə bildiyim qədəriylə.
ayrıca bu qrupda yaz bəlkə daha ətralı kömək edən olar. https://www.facebook.com/groups/allfromalker/
-1
DHL-dən deyillər ki əgər satıcı malı geri istəsə,bizə bildiriş gəlsə biz təmənnasız malı geri göndərə bilərik.Bu isə mümkündür.Amma satıcı bu təklifimi qəbul etmir.Mallar isə 1 aya yaxındır ki gömrükdə saxlanılıb.Mən satıcıya yazmışam ki ödəniş istəmirəm sadəcə malı geri istə və təkrar başqa bir ünvana,başqa bir alıcı adı verəcəm ora göndər.Cavab isə o olur ki xeyr təəssüf ki bunu edə bilmərik.Biz malı göndərmişik artıq gömrük rəsmiləşdirməsi sizin öz məsələnizdir.Mən də çıxış yolu tapa bilmirəm.5-10manat olsaydı başın buraxardım.2 mal saxlanılıb.2si də arxasıyca gəlir çox güman ki olar da saxlanılacaq.Aliexpressdə anlaşmazlıq açdım satıcı dirəndi anlaşmazlıq 3-4 günə bağlandı və mənim xeyrimə bitmədi.Dünən isə dispute açdım.Amma ona da ümidim yoxdur.Çox-çox xayiş edirəm əgər proseduru bilən varsa köməklik etsin.Əgər o malları geri qaytarıb yenidən başqa adamın adına gətirə bilsəm.Və ya ödənişləri geri ala bilsəm.Bir sözlə bu işdən ziyansız çıxsam…Köməklik edən şəxsin hesabına 50azn ödəniş edəcəyimə söz verirəm.
0
Salam
Əlaqə nömrəsi : 051 225 48 15
Ramin Salmanlı.
Hər hansı sual olarsa zəng edin
Sual verin
Cavab verin