Vestern union

vestern unionnan pul gönderib və yaxud qebul elemisiz? Mən telefon satmisam hemen adamda pulu o vestern unionnan gönderib ama mənə hele kod gelib cixmayib


Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

(17:22, 18/11/2019 ) #76665

O halda haradan bilirsiniz ki sizə pul göndərib? Ehtiyatli olun, internetdə dələduzlarin tanınmış metodudur bu. Elə cavablar.net saytında da çoxlu sual cavab tapmaq olar bu mövzuda.
Pulu əlinizə götürmədən heç bir telefon göndərmək olmaz. Telefonu pul almadan gonderdikde 99% ehtimal dələduzlarin toruna düşmək deməkdir.

Metod belədir ki saxta western union email ve linki göndərirlər. Və əvəzində sizdən istəyirlər ki telefonu yola salasiniz. Sonra məlum olur ki hər şey saxta imiş. Ona görə də normal yolu budur ki öncədən alıcıya deyirsiniz ki pulu göndər kodu denen, gedim bankdan o kodu deyib pulumy alim, sonra da sizə telefon göndərim.

Xüsusən Nigeriya və bir sıra afrika ölkələri bu tip dələduzluq ilə məşğuldur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:32, 18/11/2019 ) #76673

    Kiminse başina gelib bele bir iş aldadiblar? siz dediyviz kimidi mene kod geldi getdim banka bank deyirki kod aktiv deyil , mende teli cenubi afirkaya satmisam

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (22:13, 18/11/2019 ) #76674

      əlbəttə gəlib. hər il yüzlərlə Azərbaycanlının başına gəlir bu iş.
      sizə verilən kod saxta koddur.
      yəni, təəssüf ki, sizin məsələ də bu qəbildəndir. keçmiş olsun, burada artıq edə billinəcək nəsə yoxdur, telefon əldən getdi. çalışın gələcəkdə bir daha pulu almadan heç kimə heç nə satmayın.

      Afrika ölkələrindən(xüsusən Nigeriya və Cənubi Afrika) tapaz və ya digər Azərbaycan saytlarındakı elan üzrə zəng edirlərsə, dərhal rədd cavabı verib blok etmək lazımdır. Son zamanlar dadanıblar Azərbaycan elan saytlarına, hər elana zəng edirlər və beləcə insanları aldada bilirlər.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:37, 19/11/2019 ) #76688

    bir kömeyvizede ehtiyqcim var , telefonu gönderdiyim unvani nece tapa bilerem mende silinib telefonda ona göre, kimeki gonderirdimee hemen ünvani nece tapim çekde tekce ad familyadi

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:20, 18/11/2019 ) #76675

mende telefon hele yoıdadi , iptal eliyee bilrem göndermeni , mehsul hele turkiyededi catmiyib yeni pocta muraciet ede bileremdee he?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:11, 18/11/2019 ) #76677

    sabah müraciət edin, məsələni izah edin. Görün cancel edə bilərlərsə nə gözəl. Adətən alınmır bu. Amma yenə də cəhd edin, son ümid odur.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (23:52, 19/11/2019 ) #76689

      men telefonu gönderdiyim ünvani nece tapim , telefondam silinib gedib tapa bilmirem , cekdede yoxdu

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (00:22, 20/11/2019 ) #76690

    Telefondan silinibse heç cür.
    Bəlkə poçta gedib xahiş etsəniz kömək edərlər. Deyin ki mənim adımdan göndərilən bağlamaya sistemdən baxın və göndərilən ünvanı deyin. Bəlkə kömək edərlər.

    Amma açıq deyirəm, bu məsələdə hər hansı ümid görmürəm, telefonu geri qaytarmaq çətin məsələdir.
    Tek ehtimal təcili poçta gedib mümkün yolları onlardan sorusmaqdir. Ki bəlkə yolda saxlayıb geri qaytarmaq ola.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (15:46, 20/11/2019 ) #76695

      getdim pocta dedi onsuz o baglamalar turkiyede qalir ordanda zibil qabina hec gedib catmir ora indi tek yol turkiyeden dala qqaytarmaqdi

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(18:47, 24/11/2019 ) #76718

Necə yəni zibil qabına Türkiyədən keçmirsə Türkiyə onu dala qaytarmalıdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (53 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (69 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (105 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (122 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (137 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026