Vestern union

vestern unionnan pul gönderib və yaxud qebul elemisiz? Mən telefon satmisam hemen adamda pulu o vestern unionnan gönderib ama mənə hele kod gelib cixmayib

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

Tamerlan Mammadov (2019-11-24 18:47:20)
Necə yəni zibil qabına Türkiyədən keçmirsə Türkiyə onu dala qaytarmalıdır.

H.Orxan (2019-11-20 15:46:24)
getdim pocta dedi onsuz o baglamalar turkiyede qalir ordanda zibil qabina hec gedib catmir ora indi tek yol turkiyeden dala qqaytarmaqdi

E. Hacı (2019-11-20 00:22:15)
Telefondan silinibse heç cür. Bəlkə poçta gedib xahiş etsəniz kömək edərlər. Deyin ki mənim adımdan göndərilən bağlamaya sistemdən baxın və göndərilən ünvanı deyin. Bəlkə kömək edərlər. Amma açıq deyirəm, bu məsələdə hər hansı ümid görmürəm, telefonu geri qaytarmaq çətin məsələdir. Tek ehtimal təcili poçta gedib mümkün yolları onlardan sorusmaqdir. Ki bəlkə yolda saxlayıb geri qaytarmaq ola.

H.Orxan (2019-11-19 23:52:18)
men telefonu gönderdiyim ünvani nece tapim , telefondam silinib gedib tapa bilmirem , cekdede yoxdu

H.Orxan (2019-11-19 23:37:02)
bir kömeyvizede ehtiyqcim var , telefonu gönderdiyim unvani nece tapa bilerem mende silinib telefonda ona göre, kimeki gonderirdimee hemen ünvani nece tapim çekde tekce ad familyadi

E. Hacı (2019-11-18 23:11:06)
sabah müraciət edin, məsələni izah edin. Görün cancel edə bilərlərsə nə gözəl. Adətən alınmır bu. Amma yenə də cəhd edin, son ümid odur.

H.Orxan (2019-11-18 22:20:38)
mende telefon hele yoıdadi , iptal eliyee bilrem göndermeni , mehsul hele turkiyededi catmiyib yeni pocta muraciet ede bileremdee he?

E. Hacı (2019-11-18 22:13:59)
əlbəttə gəlib. hər il yüzlərlə Azərbaycanlının başına gəlir bu iş. sizə verilən kod saxta koddur. yəni, təəssüf ki, sizin məsələ də bu qəbildəndir. keçmiş olsun, burada artıq edə billinəcək nəsə yoxdur, telefon əldən getdi. çalışın gələcəkdə bir daha pulu almadan heç kimə heç nə satmayın. Afrika ölkələrindən(xüsusən Nigeriya və Cənubi Afrika) tapaz və ya digər Azərbaycan saytlarındakı elan üzrə zəng edirlərsə, dərhal rədd cavabı verib blok etmək lazımdır. Son zamanlar dadanıblar Azərbaycan elan saytlarına, hər elana zəng edirlər və beləcə insanları aldada bilirlər.

H.Orxan (2019-11-18 21:32:27)
Kiminse başina gelib bele bir iş aldadiblar? siz dediyviz kimidi mene kod geldi getdim banka bank deyirki kod aktiv deyil , mende teli cenubi afirkaya satmisam

E. Hacı (2019-11-18 17:22:53)
O halda haradan bilirsiniz ki sizə pul göndərib? Ehtiyatli olun, internetdə dələduzlarin tanınmış metodudur bu. Elə cavablar.net saytında da çoxlu sual cavab tapmaq olar bu mövzuda. Pulu əlinizə götürmədən heç bir telefon göndərmək olmaz. Telefonu pul almadan gonderdikde 99% ehtimal dələduzlarin toruna düşmək deməkdir. Metod belədir ki saxta western union email ve linki göndərirlər. Və əvəzində sizdən istəyirlər ki telefonu yola salasiniz. Sonra məlum olur ki hər şey saxta imiş. Ona görə də normal yolu budur ki öncədən alıcıya deyirsiniz ki pulu göndər kodu denen, gedim bankdan o kodu deyib pulumy alim, sonra da sizə telefon göndərim. Xüsusən Nigeriya və bir sıra afrika ölkələri bu tip dələduzluq ilə məşğuldur.