Salam. PayPal hesabı açmaq istəyirəm. PayPal.com saytına daxil oldum. Hər şey qaydasındadır. Ancaq gizli şifrənin qəbul edilməməsi xaric. Orda qeyd edib ki, gizli şifrə 8 hərfdən və ya ondan artıq və ən azı bir simvoldan @,/# və ya rəqəmdən ibarət olmalıdır. Şifrəni dedikləri kimi qururam, yenə olmur. Mənə kömək edə bilərsiniz?
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
0
Böyük və kiçik hərf də tələb edilir yəqin ki. Tam diqqətlə oxumaq lazımdır.
Məsələn Shifre123$_abc – bunu qəbul edər, amma bunu etməyə bilər shifre123$_abc
0
Tam misal göstərəcəm. Məsələn : ra19mz79i yazdım, götürmədi. Yenə Ra19Mz79I yazdım yenə də şifrə şkalasinda qırmızı, yəni səhv olduğunu göstərdi. Bu barədə mənə təxmini şifrə nümunələri göstərə bilərsiniz? Ona uyğun şifrə qurum.
0
Lütfən cavabı diqqətlə oxuyun.
Ra19Mz79I bu dediyiniz mən yazan nümunəyə uyğun deyil. Xüsusi simvol qoymamısız.
Düzgün variant – Ra19Mz79I_ və ya Ra19!M__z7!9I
və ya Ra1!9Mz79I
Sual verin
Cavab verin