Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Binalarda Komendat Pulu

Salam. Bu ayın axırı Bakıdan 140min manat civarında mənzil almaq istəyirəm. Bir neçə məsləhətinizə ehtimacım var:
1) Həzi Aslanov, Qara Qarayev və ya 9.mkr-a baxıram. 9mk-u tərifləyirlər, ona görə ki, tıxacsız yerdi və digər bölgələrə daha rahat getmək olar. Gələcəkdə Bakıdakı xəstəxanalara, inistutlara və lazım gəldikdə bölgələrə gedilməsi münasib olan hansı məkandan ev almağımı məsləhət görürsüz?
2) Yeni tikililərin daha yaxşı olduğunu söyləyirlər, amma qaz-işıq-su kimi kommunal xidmətlərdən əlavə “kommendat” pulu deyə ödənişlər də alırlar. Deyirlər hətta bəzi yeni tikililərdə bu pul ayda 200 manatacan çıxır, bu doğrudurmu? Əgər mən o evi kupça ilə tam şəkildə alsam yenə də bu məbləği hər ay ödəməliyəm? Köhnə tikililərdə də kommendat pulu varmı? Yeni tikililərdən bu pul gələcəkdə ləğv olacaqmı?
3) Ev alarkən o binadakı qonşuları da danışdırıb o bina haqqında qonşulardan da məlumat almağı fikirləşirəm, çox güman daha düzünü ( eyib tərəfləri) onlar söyləyəcəklər. Başqa tövsiyyəniz də varmı?
4) Evi kupça ilə “asan xidmətdə” öz adıma keçirtsəm tam şəkildə başqa problem qalmır ki? Hər hansısa təhlükə varsa xahiş edirəm deyin indidəndən nəzərə alım. Məsələn maşın alarkən onun cəriməsini yoxlatmalısan, elə maşın var cəriməsi özündən bahadı. Elə maşın var mator nömrəsi saxtadı:) Evlərdə də belə bir hal ola bilərmi? Bayaq oxudum bəzi təzə tikililərdə kommendat pulu yığanlar çek vermir, o binanı sahibi başqa adama satanda təzə sahibindən də gəlib köhnə kommendat puluna çoxlu borc yığıldığını deyirlər. Və ya ola bilərmi ki, kimsə harasa evi zaloq qoyub, sonra onu sata? Kupça ilə bağlı ev alarkən əlavə nəsə də problem qala bilərsə xahiş edirəm yazın indidən nəzərə alıb ayıq olum


Yadda saxlama
Kateqoriya: Sual . , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(22:14, 03/01/2020 ) #76980

Qısaca məlumat verim sizə yaxın qohumum 200 min manatlıq ev aldı yasamal rayonunda yalan olmasın 2-3 ay ancaq axtarışda oldu, bu günki dövrdə çox risklidi yeni mənzil almaq, alsazsa tanışlıqla alın mütləq. Xərclərə gəldikdə isə bəli yeni tikililər çox xərclidi 70-80 manata yaxın aylıq qarajsız bina xərci var.

Əraziyə gəldikdə isə həzi aslanov çox qarışıqlıq ərazidi, fikrimcə ən gözəl seçim qara qarayevdir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:32, 03/01/2020 ) #76982

    Çox sağ olun cavab üçün. O tanışınız aldığı 200minlik evdə 70-80 manatdır? Mən oxudum ki, bəzi evlərdən otaq sayına, bəzisindən isə kvadrata görə pul yığırlar.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (23:54, 04/01/2020 ) #76990

      50 manat ödəyirlər, 40 manat da yeraltı qaraj qiymətidir.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:18, 05/01/2020 ) #76992

Bəs qaraj pulunu ancaq maşını olanlar ödəyir yoxsa hər kəs?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Amazon unusual payment method (12 saat əvvəl)

E. Hacı cavab verdi - Adsense pul gəlmədi (13 saat əvvəl)

E. Hacı cavab verdi - Menim adimda nece nomre var (13 saat əvvəl)

Ferid Muradzadə cavab verdi - Amazon unusual payment method (1 gün əvvəl)

themirze cavab verdi - Aliexpress Bıçaq sifarişi (3 gün əvvəl)

themirze cavab verdi - Youtube join button (3 gün əvvəl)

themirze cavab verdi - Gömrükdən telefon sifariş etməyə qadağa var? (3 gün əvvəl)

E. Hacı cavab verdi - Ubuntu notebookun fanları daim işləyir (3 gün əvvəl)

Hackback cavab verdi - phpmyadmin error (4 gün əvvəl)

Hackback cavab verdi - Ubuntu notebookun fanları daim işləyir (4 gün əvvəl)

SN cavab verdi - Ubuntu notebookun fanları daim işləyir (4 gün əvvəl)

SN cavab verdi - phpmyadmin error (4 gün əvvəl)

Hackback cavab verdi - İki Telefon Arasında Seçimdə Köməklik (4 gün əvvəl)

Hackback cavab verdi - Hosting ve domaini haradan alaq (9 gün əvvəl)

Cabbarov Sübhan cavab verdi - Daxili İşlər Nazirliyinin elektron xidmətlərinə inteqrasiya imkanı (10 gün əvvəl)

Software Developer - 613 xal

E. Hacı - 606 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 22907 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2022