Binalarda Komendat Pulu

Salam. Bu ayın axırı Bakıdan 140min manat civarında mənzil almaq istəyirəm. Bir neçə məsləhətinizə ehtimacım var: 1) Həzi Aslanov, Qara Qarayev və ya 9.mkr-a baxıram. 9mk-u tərifləyirlər, ona görə ki, tıxacsız yerdi və digər bölgələrə daha rahat getmək olar. Gələcəkdə Bakıdakı xəstəxanalara, inistutlara və lazım gəldikdə bölgələrə gedilməsi münasib olan hansı məkandan ev almağımı məsləhət görürsüz? 2) Yeni tikililərin daha yaxşı olduğunu söyləyirlər, amma qaz-işıq-su kimi kommunal xidmətlərdən əlavə "kommendat" pulu deyə ödənişlər də alırlar. Deyirlər hətta bəzi yeni tikililərdə bu pul ayda 200 manatacan çıxır, bu doğrudurmu? Əgər mən o evi kupça ilə tam şəkildə alsam yenə də bu məbləği hər ay ödəməliyəm? Köhnə tikililərdə də kommendat pulu varmı? Yeni tikililərdən bu pul gələcəkdə ləğv olacaqmı? 3) Ev alarkən o binadakı qonşuları da danışdırıb o bina haqqında qonşulardan da məlumat almağı fikirləşirəm, çox güman daha düzünü ( eyib tərəfləri) onlar söyləyəcəklər. Başqa tövsiyyəniz də varmı? 4) Evi kupça ilə "asan xidmətdə" öz adıma keçirtsəm tam şəkildə başqa problem qalmır ki? Hər hansısa təhlükə varsa xahiş edirəm deyin indidəndən nəzərə alım. Məsələn maşın alarkən onun cəriməsini yoxlatmalısan, elə maşın var cəriməsi özündən bahadı. Elə maşın var mator nömrəsi saxtadı:) Evlərdə də belə bir hal ola bilərmi? Bayaq oxudum bəzi təzə tikililərdə kommendat pulu yığanlar çek vermir, o binanı sahibi başqa adama satanda təzə sahibindən də gəlib köhnə kommendat puluna çoxlu borc yığıldığını deyirlər. Və ya ola bilərmi ki, kimsə harasa evi zaloq qoyub, sonra onu sata? Kupça ilə bağlı ev alarkən əlavə nəsə də problem qala bilərsə xahiş edirəm yazın indidən nəzərə alıb ayıq olum

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

nuragel (2020-01-05 16:18:37)
Bəs qaraj pulunu ancaq maşını olanlar ödəyir yoxsa hər kəs?

Maqa (2020-01-04 23:54:13)
50 manat ödəyirlər, 40 manat da yeraltı qaraj qiymətidir.

nuragel (2020-01-03 23:32:41)
Çox sağ olun cavab üçün. O tanışınız aldığı 200minlik evdə 70-80 manatdır? Mən oxudum ki, bəzi evlərdən otaq sayına, bəzisindən isə kvadrata görə pul yığırlar.

Maqa (2020-01-03 22:14:11)
Qısaca məlumat verim sizə yaxın qohumum 200 min manatlıq ev aldı yasamal rayonunda yalan olmasın 2-3 ay ancaq axtarışda oldu, bu günki dövrdə çox risklidi yeni mənzil almaq, alsazsa tanışlıqla alın mütləq. Xərclərə gəldikdə isə bəli yeni tikililər çox xərclidi 70-80 manata yaxın aylıq qarajsız bina xərci var. Əraziyə gəldikdə isə həzi aslanov çox qarışıqlıq ərazidi, fikrimcə ən gözəl seçim qara qarayevdir

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

online ticarət

Youtube pul qazanma aktivləşdirmə

Divar altından kabel tapmaq

Poçtlarda bağlamalar üçün alınan pul

Türkiyyədən Azərbaycana toptan mal göndərimi

Ebay paket yolda açılıb