Salam, hər vaxtınız xeyir.
Modemi dəyişdikdən sonra kompyuterlə internetə qoşulmada çətinlik çəkirəm. Beləki modemin konfiqurasiyasını mobil əlavə vasitəsi ilə etdikdən sonra, bu çətinlik yaranıb. Kompyuter internetə qoşulub, şəbəkə var sadəcə hər-hansısa bir brauzer vasitəsilə heç bir sayta/linkə daxil ola bilmirəm. İp-ni manual tənzimləmişəm, əlavə olaraq cmd-dən reset vermişəm, mobil telefonlar vasitəsilə qoşula bildiyim halda, kompyuter vasitəsilə qoşula bilmirəm. Zəhmət olmasa köməklik göstərərdiniz. Öncədən təşəkkürlər.
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
0
modemin modeli nədir? reset verib appla konfiqurasiya etmək yerinə pc də konfiqurasiya edin. browserin cookies keşlərini silin. və ayrı browserdə yoxlayın.
Sual verin
Cavab verin