VPS Seçimi

Salam Aleykum.

Men hal hazırda adi host işlədirəm. Ancaq artıq kifayət etmədiyini görürəm. Və VPS haqqında düşünürəm. Əsas sualım ondan ibarətdir ki, burada hər kəs hal hazırda istifadə etdiyi server haqqında yazsa seçim etməyimə çox yardım etmış olar. Çünki elə bir yer axtarıram ki, 24/7 dəstək xidməti olsun, qırılmalar olmasın, qiymət münasib olsun qısaca problemli hər dəqə UPDATE adıyla fasilələr yaranmasın saytda. Elvin bəy sizin fikriniz xüsusilə maraqlıdır. Öncədən hər kəsə təşəkkür edirəm. Birde hansı ölkədə yerləşən Serverlərdən istifadə məsləhətdir?


Yadda saxlama
Kateqoriya: Sual . , , , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

(18:29, 12/01/2020 ) #77026

niyə heç kim cavab vermir? Hamısının şərtlərini araşdırmışam birdənə istifadəçilərinində fikiri maraqlı idi.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(03:39, 13/01/2020 ) #77031

Bəs etmədiyini düşünürəm dedikdə, əgər storage və s. üçün bəs etmirsə, məsləhətdir ki, elə shared hosting’də qalıb, sadəcə upgrade edəsiz. Texniki mövzuları bilmirsizsə, VPS çətinlik yarada bilər. Nəzərə alın ki, Cpanel kimi şeylər olmayacaq, hər şeyi manual qurmalısız. Yox əgər advanced istifadəçisizsə, bir neçə sayt host etmək, böyük traffikiniz varsa, onda DigitalOcean sərfəlidir məsələn.
Əgər Azərbaycandadırsa istifadəçiləriniz, onda Datacenter.az (Delta Telekom) məsləhətdir fikrimcə.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:57, 13/01/2020 ) #77032

    Cavab ucun tesekkur edirem. Amma sorusmaq istediyim tamam ayri movzudu.

    meselen men falan serverden istifade etmisem yaxsi deyildi ve ya men falan serverden istifade edirem keyfiyyetlidir kimi reyler yazsa her kes oz istifade etdiyi server haqqinda cox komek etmis olarlar. cunki her birini bir bir yoxlamaq kimi imkanimiz yoxdur.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (19:49, 13/01/2020 ) #77040

      Bunun üçün kifayət qədər xarici resurslarda məlumat var. İnsanların fikirlərini bölüşdüyü yerlərə, Reddit’ə və s. baxa bilərsiniz. Referral linklər verən bloqlardan fikir almamağınız məsləhətdir. Çünki tərəfsiz olmurlar adətən.
      Dediyim kimi əgər biznesiniz (xidmətiniz və s.) Azərbaycan kütləsinə xitab edirsə, onda Delta Telekom’la maraqlanın. Support zəif olsa da, bir dəfə əlaqə yaradıb müqavilə bağlaya bilsəniz, başqa texniki problem çıxacağını düşünmürəm )
      Bildiyim qədər video host edən video.az saytı Delta Telekom serverlərini istifadə edir.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(19:54, 13/01/2020 ) #77042

Salam, serbest dil biliyiniz varsa ( problem olanda zeng etmek ve s) xarici firmalara baxa bilersiz axtarish sistemlerinde n qeder melumatlar ve istifadechi fikirleri var.

Yerli firmalardan istesez bizimle elaqe yarada bilersiz. Saytda 24 saat canli destek ve whatsapp xetti movcuddur.

AZ-Hosting

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:14, 18/01/2020 ) #77080

    Mütləq baxacam. Təşəkkür edirəm.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:46, 17/01/2020 ) #77066

Mən Hostimuldan Linux VPS götürmüşəm. Qiymətlər münasibdir. 3 aydır, bir problem yaşamamışam hələki.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:13, 18/01/2020 ) #77079

Hər kəsə təşəkkür edirəm. MuradBagiyev Çox sagolun mənə məhz bu tip şərhlər lazımdır ki hər kəs öz işlətdiyini yazsın ki nəyi pisdir nəyi yaxşı. Hə baxmışam ora indiki Hostumda ele məhz ordandı Sadəcə VPS’lərdə DDOS qoruma vermirlər. Host + Serverlərində verirlər ama VPSlərdə vermirlər. Yenə baxaram Təşəkkür edirəm.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat
Login with Facebook

Elan qutusu

Son cavablar və şərhlər

Azad cavab verdi - Windows 11 FPS drop (7 gün əvvəl)

AGAPROGRAMM cavab verdi - Kompyuterimin çox gec yanmasının səbəbləri nədir ? Necə düzəldərəm ? (10 gün əvvəl)

Ayaz2550 cavab verdi - 1ci qrupda informatika üzre imtahan vermek (11 gün əvvəl)

Ayaz2550 cavab verdi - Windows 11 FPS drop (11 gün əvvəl)

Aysu2009 cavab verdi - Telefonda riyazi işarələri nətər yazım? (29 gün əvvəl)

Aysu2009 cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (29 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (29 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (30 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (30 gün əvvəl)

Software Developer cavab verdi - Azərbaycanda fahişə yanına getmək gedən kişi üçün cinayyətdirmi? (36 gün əvvəl)

Software Developer cavab verdi - İnzibati həbs (39 gün əvvəl)

Software Developer cavab verdi - Kripto odəmə qəbulu, xarici musterilerden (40 gün əvvəl)

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (43 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (44 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (45 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23305 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2025