Salam. Mən Amazondan monitor sifariş verib mover.az ilə gətirtdim. Monitor 24.5 inch 165 hz Sceptre markadır. Monitorun sol tərəfində dəqiqədə 6-7 dəfə ani titrəmə olur. Çox ani vurub dayanır. Fərqli kabellər ilə fərqli kompüterlərdə yoxladım eyni şey oldu. Ustaya apardım ekranlıq olsa dəyişməyin mənasız olduğunu dedi qiymətə görə, platasından olsa 140-200 ə başa gələcək dedi. Dəqiq diaqnozu hələ də bilmirəm. Başqa bir monitor satıcısı gömrükdə kargoda ora bura atıldığına görə belə ola biləcəyini dedi. Ekranı zədələnib yəni. Mənə də məntiqli gələn budur hələ ki. Yenilənmə tezliklərini də dəyişdim. Yüksək hz də daha çox olur. Gsync açıq olanda xeyli azalır. Boz rəngdə nisbətən artır.
İndi suallarım belədir: Belə bir hadisə ilə qarşılaşan varmı? Və tanıdığı sırf monitor ustası olan varmı? Sadəcə diaqnozu dəqiq qoya bilsin sərf etsə düzəltdirim. Diaqnoz xərci də olacaq təbii ki.
Son olaraq, camexin daşınması necədir görəsən? Orda da necə gəldi atıb tuturlar?
Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)
0
Texnousta ya apar monitor təmir edirlər bildiyim qədəriylə. Camexdən bir-neçə şey gətirmişəm dəqiq birşey deyə bilmərəm hələki heçnəyim zədələnməyib. düzü zavod defekti də ola bilər. hz nı yüksəltmək əvəzinə aşağı 100-120 hz yə salıb yoxlamısan? əsmə və ya titrəmə yenə olur?
0
Hz aşağı salanda olur amma nisbətən az. Texnoustaya apardım dedi ekranlıq olsa düzəltməyə dəyməz, başqa şeydən olsa 160-250 azn aralığına razı olmalısınız. Baha gəldi mənə.
Sual verin
Cavab verin