Salam Dostlar. Deməli belə bir prablem var. Mən TBC bankın Gürcüstan Filialından maaş alıram. Aylıq maaş tam şekildə necə illərdirki belə alıram.
Keçən ayın ortaları Aliexpress dən telefo sifariş elədim. 350 azn civarı qiyməti vardı. Pul çıxıldı telefon bu gün gəldi. burda prablem yoxdu.
Amma keçən ayın sonlarında maaşım gələndə balansımda BLOK olunan kimi görsənir.
Keçən aylardan qalıq məbləği istifadə edə bilirəm. Amma Yeni gələn maaş tam şəkildə BLOK olunub kimi göstərir.
Banka yazdım problemin nə olduğunu bilmirlər. Maliyə departamentidə kömək edə bilmir.
Pulda Blokda göstərməyə davam edir . TBC nin Azerbaycan ofisi kömək edə bilməyəcəyini deyir. Qalmışam Belə.
Nə edə bilərəm?
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
2
maaşı rəsmi şirkət ödəyirsə Gürcüstanda, o şirkətə deyin həll edəcək.
yox əgər digər bir ölkədən freelancer maaşı kimi köçürmə ilə gəlirsə, o zaman bank ilə əlaqə saxlamaqdan başqa çarə yoxdur. kömək etməyə məcburdurlar, yetər ki problemi düzgün izah edəsiniz. başqa kömək edəcək vasitə yoxdur. yalnız bankdan kömək tələb edin. çox güman ödəmə mənbəyi şübhəli gəlib deyə(“əvvəllər belə olmurdu axı” demək də anlamsızdır, çünki hər tranzaksiya ayrıca qiymətləndirilir və haqlı və ya səhvən bloka salına bilir) bloka salıblar.
Sual verin
Cavab verin