WordPress olmayan saytın contentini wordpress-ə köçürmək

Salamlar. Laravel 4 ilə yazılmış db həcmi harda 10 gb yaxın bir xəbər saytı var. DB strukturu təbii ki wordpress db strukturundan tamamilə fərqlidir. Həmən sayta olan xəbərləri köçürmək lazımdır wordpressə. hər iki serverdə ssh və sftp girişim var. Təcrübəsi olanlardan xahiş edirəm öz təcrübələrini bölüşsünlər. Parser yazacam o heç. kohne saytdan dataları clean eləyib title content excerpt featured_image hamısını çıxaracam. bunu sizcə vordpress üçün bir plugin yazıb birbaşa remote mysql ilə laravel olan db a qoşulub çəksəm və for a salib insert elesəm vorspress ə alinar elə? yoxsa evvelce wp olan serverde bir db yaradib import eleyim oldugu kimi sql i ve localdan qosulub insert edim? ve ya umumiyyetle plugin ve browser ile yox command line bir script yazim eleyim?
Content boyuk oldugu ucun timeout falan verme ehtimali var bir defeye etsem. umumiyyetle nece problemsiz kocure bilerem?
Teshekkur edirem onceden.


Sualı yadda saxla
Kateqoriya: Sual . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(00:26, 13/08/2020 ) #77948

Əslində dediklərinizin hər biri mümkündür. hansı asan gəlirsə onunla edə bilərsiniz.
Şəxsən mən remote mysql ilə edərdim ya da digər bir yolla, aşağıda yazıram.

1. WP-də “new wpdb()” declare edib remote-a qoşulma imkanı var, default DB local qala-qala.
Deməli WP-nin içində bir dənə commant line dəstəkli ($argv[1] ilə run olan məsələn) bir blok yaratsanız ki, qoşulsun remote db-ya foreach ilə bir bir oxuyub import eləsin wp-ya.

2. Alternativ yol da o olardı ki, wp-nin dəstəklədiyi xml import faylının strukturunu götürürsünüz(wp-admin->tools->export etməklə şablonu götürə bilərsiniz oradan), nəhəng data ilə də olsa eynisini yaraddırsınız laravel olan serverdə. Sonra memory_limit max artırırsız, set time limit də həmçinin. Və SCP ilə o XML faylı çəkirsiniz WP-ya, WP-CLI command-line tool-u ilə run edirsiniz. ( wp import …)

Bu iki yolun hər ikisi mümkün görünür. sadəcə ikinci yolda WP tərəfdə işiniz az olmuş olur, hər şeyi hazır import toolu ilə edirsiniz. Ona görə də custom code-u təkcə laravel tərəfdə yazırsınız ki böyük XMLfaylını generate edə bilsin

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (12:17, 13/08/2020 ) #77953

    Təşəkkür edirəm ətraflı izah üçün. 1 ci yol daha asan gəldi nəsə. Həmdə category ləri id lərini array a yığıb replace etmək üçün. Xml fayl çox böyük olacaq onunla işləmək biraz çətin olar. Foreach ilə ama limit verə verə hissə hissə etmək olar.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:17, 13/08/2020 ) #77954

Mən də elə edirəm adətən. Bu yaxında pure php və custom db ile olan 3.5 milyon obyekti olan data var idi. Wpye inteqrasiyanı eynən ele elədim. Hər dəfə bağlanır 500 post götürür wp-ya inteqrasiya edir wp tərəfdə yazdığım script ilə. Növbəti requestde də əvvəl harda qaldığını store etmisem deye >ID şərti ilə harda qalıbsa ordan davam edir.

Tələsik deyildi deyə dəqiqəlik cron job ilə qoydum sakitcə arxada çalışaraq dörd beş günə tamamladı. Amma təcili lazım olsaydı bir neçə saata da bitirmək olardı batch ölçüsünü böyük etməklə.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Rehim 555 cavab verdi - Hər kəsi aldada bilərsən bu iki varlıqdan başqa kimdir onlar? (6 saat əvvəl)

selef cavab verdi - Qonşunun internet xəttindən kabel ilə istifadə haqqında... (8 saat əvvəl)

Maqa cavab verdi - 1xbet ödənişləri (9 saat əvvəl)

Polad cavab verdi - Xəbər saytı? (2 gün əvvəl)

Software Developer cavab verdi - “İmport gömrüyündən qaytarılıb” dedikdə konkret nə nəzərdə tutulur? Yəni yük geriyə qaytarılır? (3 gün əvvəl)

Software Developer cavab verdi - hansı Msgallery Bakuelectronics Kontakhome? (6 gün əvvəl)

E. Hacı cavab verdi - Wordpress saytın mysql optimizasiyası (6 gün əvvəl)

Emin Rəhmanov cavab verdi - Wordpress saytın mysql optimizasiyası (6 gün əvvəl)

Emin Rəhmanov cavab verdi - Wordpress saytın mysql optimizasiyası (6 gün əvvəl)

E. Hacı cavab verdi - Wordpress saytın mysql optimizasiyası (6 gün əvvəl)

Emin Rəhmanov cavab verdi - Wordpress saytın mysql optimizasiyası (6 gün əvvəl)

Emin Rəhmanov cavab verdi - Wordpress saytın mysql optimizasiyası (6 gün əvvəl)

E. Hacı cavab verdi - Wordpress saytın mysql optimizasiyası (6 gün əvvəl)

Tamerlan Mammadov cavab verdi - Sürücülük vəsiqəsi (10 gün əvvəl)

E. Hacı cavab verdi - Payoneer kartı sifariş etmək (11 gün əvvəl)

Software Developer - 611 xal

E. Hacı - 603 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 426 xal

Maqa - 344 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 22169 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2020