Salamlar, hərvaxtınız xeyir.
Mənə avropadan(estoniya) softvare developer kimi iş təklifi gəlib və bütün mərhələləri keçmişəm.
Hal-hazırda tələbəyəm və hərbi komisarlıqdan 2021 iyula kimi möhlətim var. Bilmək istərdim ki, bu halda işləmək üçün mənə viza almaqda hər hansı problem yaşana bilər?
Digər sual isə, öıkədə hərbi vəziyyət elan edildiyi üçün ölkədən çıxış və viza almaq pronlemi yaşana bilərmi?
Öncədən təşəkkürlər.
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
1
Salam.
Əgər indi Estoniya səfirliyinə müraciət etsəniz, sıxıntı olmaz. Ümumiyyətlə, hərbi xidmət və möhlət məsələsi əsasən ölkədən çıxan zaman, yəni hava limamında problemli olur. Viza prosesində isə bir o qədər ciddi təsirə malik deyil.
Ölkədə hərbi vəziyyət elan olunsa da, rəsmi olaraq giriş-çıxışa qadağa qoyulmayıb. Məsələn, bir iş yoldaşımız oktaybrın 25-26-sı ölkədən rahat çıxa bildi. Bildirdiyim kimi, vizada problem olacağı barədə düşünməyin.
0
Təşəkkürlər cavabınız üçün bəs hava limannında sərhədçilər bir problem yarada bilərmi?
Çünki d-visa nın müddəti 5 il olur səhv eləmirəmsə, amma mənim hərbi möhlətim 2021 iyulda bitir.
Azal ilə əlaqə yaratmaq istədim amma alınmadı, telefonu götürmürlər, həmçinin digər orqanlar.
1
Salam. Əgər hərbi qulluqla bağlı möhlətiniz varsa, bu zaman heç bir sıxıntı olmaz. D visanın müddəti adətən 1 il olur. Daha sonra isə viza bitənə qədər həmin ölkənin müvəqqəti yaşayış kartı alınır. Sizin hərbi xidmət üçün möhlət iyulda bitirsə, bunu həll etmək olar. Estoniyanın müvəqqəti qəbul sənədini təqdim etmək lazımdır ki, sizin möhləti uzatsınlar.
Sual verin
Cavab verin