Tranferwise-dan bank kartına

Salam, hər vaxtınız xeyir.
Mən xarici şirkətlərdən birində çalışıram, onıara tranferwise international hesabın İBAN nömrəsin vermişəm aylıq ödənəşi ora edirlər. Sualım budur ki, bu pulu lokal bank hesabına(kart) köçürərkən yenə vöen açdırmaq məcburidir? Çünki tranfervise hesabi mənim adımadır yəni fərdi(şəxsi) hesabdır.
2-3 aya əgər pandemiya əlaqədar yollar açılsa gedəcəm həmin ölkəyə ona görə qısa müddətə görə vöen və s ilə özümü yormaq istəmir(üstəlik rayon qeydiyyatlı olduğum üçün rayona gedib vöen açdımalıyam və onda şəhərə geri dönə bilməyəcəm).
Təşəkkürlər.


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(13:36, 28/12/2020 ) #78217

VÖEN – online açdırmaq olur. Düzdür, bilmirəm asan imza lazımdır ya yox, amma lazımdırsa da onu Bakıda almaq olur. E-taxes.gov.az-dan hamsını çox rahat öyrənə bilərsiniz.

Xaricdən pulu köçürməyə gəldikdə isə – burada məsələ bankın ümidinə qalan şeydir.

Qanunlara riayət etmək baxımdan bank blok qoyur bəzən, şəxsi hesablara gələn gəlir tipli ödənişlərə(ödəyən mənbəyə baxılır belə halda – qumar, forex, oyun və.s. isə o halda yerində 10% tutulub pul verilir, fərdi şəxs
göndəribsə, problemsiz verilir, yox əgər şirkət göndəribsə, o halda blok edilir bəzən), və VÖEN hesab istəyirlər ki ora yönəltsinlər pulu.

Elə də olur ki, bank fikir vermir buna və məbləği problemsiz buraxır(bu əsasən kiçik məbləğ olanda olur).

Yenə deyirəm, kim ki desə ki 100% blok edəcəklər, inanmayın, kim ki desə ki 100% gələcək, yenə də inanmayın.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:24, 28/12/2020 ) #78218

    Təşəkkürlər cavab üçün.
    Bəs vöen açdırsam aylıq 2500 euro üçün nə qədər vergi ödəməliyəm?
    Çünki bəziləri deyir 5faiz + 62 manat, bəziləri isə gəlirin 20 faizini vergi ödəməli olduğu söyləryirlər.
    P.S Fəaliyyət növü Mobile Developer-dir.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (16:29, 28/12/2020 ) #78219

      Transferwise zalatoyKorona kimi pul transfer tool-dur, koronaPay zamanı problem çıxmırsa məncə bundada problem olmaz deyə düşünürəm, hər 2 halda şəxsi hesabdan şəxsi hesaba pul göndərmiş oluruq. Doğrusu vöen açdırıb ödəmək istəyirəm amma qısamüttədli burada olacağım üçün həmdə proses uzun olduğu üçün vaxt itirmək istəmirəm.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (22:59, 28/12/2020 ) #78227

      Fərqi yoxdur zolotoykorona kimidir ya deyil – göndərən şəxs şirkətdirsə, deməli problem olma ehtimalı böyükdür.
      və ən əsası, qanuni olaraq da gəlir varsa, vergi olmalıdır.

      Çünki bəziləri deyir 5faiz + 62 manat, bəziləri isə gəlirin 20 faizini vergi ödəməli olduğu söyləryirlər.
      Siz fiziki şəxs kimi VÖEN açacaqsınız, sadələşmiş vergiyə uyğun gəlmir fəaliyyətiniz. Deməli 2% ödəyicisi deyilsiniz.
      Qalır gəlir vergisi ödənişi. Gəlir vergisi 20%-dir. Amma illik 200 min manat dövriyyəni keçmədikdə 75% güzəşt olur və 5% ödəyirsiz.
      Beləliklə sizin aylıq ödənişiniz
      2500-ün 5%-i, yəni 125 euro + əlavə olaraq da 60 manat civarıda sosial sığorta fondundakı balansınıza ödəniş edirsiniz(öz gələcək pensiyanız üçün olan məcburi ödəniş)
      Ölkədən köçəndə də online müraciət ilə asanlıqla dondura biləsiniz VÖEN-zi. Ki aylıq hər hansı borc yazılmasın.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:08, 28/12/2020 ) #78229

Təşəkkürlər

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (4 saat əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (4 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (4 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (7 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (8 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (8 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (8 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (8 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (10 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (10 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (20 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (21 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (21 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (21 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23236 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024