Tranferwise-dan bank kartına

Salam, hər vaxtınız xeyir. Mən xarici şirkətlərdən birində çalışıram, onıara tranferwise international hesabın İBAN nömrəsin vermişəm aylıq ödənəşi ora edirlər. Sualım budur ki, bu pulu lokal bank hesabına(kart) köçürərkən yenə vöen açdırmaq məcburidir? Çünki tranfervise hesabi mənim adımadır yəni fərdi(şəxsi) hesabdır. 2-3 aya əgər pandemiya əlaqədar yollar açılsa gedəcəm həmin ölkəyə ona görə qısa müddətə görə vöen və s ilə özümü yormaq istəmir(üstəlik rayon qeydiyyatlı olduğum üçün rayona gedib vöen açdımalıyam və onda şəhərə geri dönə bilməyəcəm). Təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Orxan Hesimli (2020-12-28 23:08:53)
Təşəkkürlər

E. Hacı (2020-12-28 22:59:33)
Fərqi yoxdur zolotoykorona kimidir ya deyil - göndərən şəxs şirkətdirsə, deməli problem olma ehtimalı böyükdür. və ən əsası, qanuni olaraq da gəlir varsa, vergi olmalıdır. Çünki bəziləri deyir 5faiz + 62 manat, bəziləri isə gəlirin 20 faizini vergi ödəməli olduğu söyləryirlər. Siz fiziki şəxs kimi VÖEN açacaqsınız, sadələşmiş vergiyə uyğun gəlmir fəaliyyətiniz. Deməli 2% ödəyicisi deyilsiniz. Qalır gəlir vergisi ödənişi. Gəlir vergisi 20%-dir. Amma illik 200 min manat dövriyyəni keçmədikdə 75% güzəşt olur və 5% ödəyirsiz. Beləliklə sizin aylıq ödənişiniz 2500-ün 5%-i, yəni 125 euro + əlavə olaraq da 60 manat civarıda sosial sığorta fondundakı balansınıza ödəniş edirsiniz(öz gələcək pensiyanız üçün olan məcburi ödəniş) Ölkədən köçəndə də online müraciət ilə asanlıqla dondura biləsiniz VÖEN-zi. Ki aylıq hər hansı borc yazılmasın.

Orxan Hesimli (2020-12-28 16:29:31)
Transferwise zalatoyKorona kimi pul transfer tool-dur, koronaPay zamanı problem çıxmırsa məncə bundada problem olmaz deyə düşünürəm, hər 2 halda şəxsi hesabdan şəxsi hesaba pul göndərmiş oluruq. Doğrusu vöen açdırıb ödəmək istəyirəm amma qısamüttədli burada olacağım üçün həmdə proses uzun olduğu üçün vaxt itirmək istəmirəm.

Orxan Hesimli (2020-12-28 16:24:08)
Təşəkkürlər cavab üçün. Bəs vöen açdırsam aylıq 2500 euro üçün nə qədər vergi ödəməliyəm? Çünki bəziləri deyir 5faiz + 62 manat, bəziləri isə gəlirin 20 faizini vergi ödəməli olduğu söyləryirlər. P.S Fəaliyyət növü Mobile Developer-dir.

E. Hacı (2020-12-28 13:36:06)
VÖEN - online açdırmaq olur. Düzdür, bilmirəm asan imza lazımdır ya yox, amma lazımdırsa da onu Bakıda almaq olur. E-taxes.gov.az-dan hamsını çox rahat öyrənə bilərsiniz. Xaricdən pulu köçürməyə gəldikdə isə - burada məsələ bankın ümidinə qalan şeydir. Qanunlara riayət etmək baxımdan bank blok qoyur bəzən, şəxsi hesablara gələn gəlir tipli ödənişlərə(ödəyən mənbəyə baxılır belə halda - qumar, forex, oyun və.s. isə o halda yerində 10% tutulub pul verilir, fərdi şəxs göndəribsə, problemsiz verilir, yox əgər şirkət göndəribsə, o halda blok edilir bəzən), və VÖEN hesab istəyirlər ki ora yönəltsinlər pulu. Elə də olur ki, bank fikir vermir buna və məbləği problemsiz buraxır(bu əsasən kiçik məbləğ olanda olur). Yenə deyirəm, kim ki desə ki 100% blok edəcəklər, inanmayın, kim ki desə ki 100% gələcək, yenə də inanmayın.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Vergi saytının işləməməsi

VOEN acdirmaq 2021

Fiziki şəxsin gəlir vergisi

Vergi nece faizdir ?

Gömrük rüsumu Fiziki və Hüquqi şəxs

youtube-voen