Switch nedir

Salam.Bir sual vermek isteyirem.Switch haqda bir az beynimdə qarışıqliq yarandı.Bildiyimiz kimi switch onun üçün lazımdirki, məsələn bir şirkətdir və həmin şirkətdə 1000 kompüter var. bütün kompüterlərə də internet oturulməlidir.Və bizdən çox xərc çıxmasın deyənə 50 Modemə pul vermirik.Onun üçün qısa yoldan istifadə edib switch alsaq daha yaxşı olar.İndi qaranlıq məsələ budur ki switch kompüterlərə vasitəsiz birləşir yoxsa əvvəlcə switch Modemə qoşulur və sonrada tutaqki əgər 30 kompuetrdirsə switchə qoşulur?
İkinci bir sual budurki switch internet paylayirsa Routerə nə ehtiyac var.


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(23:50, 03/01/2021 ) #78243

Salam.

Switch interneti paylamaq və eynilə switch-ə qoşulmuş bütün kompüterləri əlaqələndirmək üçündür. Switch özü internet verə bilmədiyi üçün bura modem/router ilə internet ötürülür. Adətən qoşulma belə baş verir:

1. Switchin birinci portuna interneti verən kabel qoşulur (modem və ya routerdən).
2. Ardıcıllıqla bütün kompüterlər həmin switchə qoşulur.
3. Vəssalam. Bütün kompüterlərdə internet var və şəbəkədədirlər.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (09:57, 04/01/2021 ) #78246

    SALAM, cavaba gore cox sagolun.Bes routerde interneti paylayir axi, onda switch ile routerin ne ferqi varki.Birdeki switch modemin hansi portundan qosulur ve hansi kobelle,bes modemden uzanan kabel switchin hansi portuna daxil olur.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (17:46, 05/01/2021 ) #78250

      Salam. Təşəkkür edirəm.

      Modem/router və switch arasında fərqlər:

      1. Modem/router adətən maksimum 4 portdan ibarət olur. Bu baxımdan, məsələn 8 cihazı LAN kabellə qoşmaq istəsəniz, modemin (və ya routerin) portu buna çatmır.
      2. Switchin funksiyası şəbəkəni kabelli variantla yaratmaqdan ötrüdür. Yəni, switch ADSL modem funksiyası daşımır.
      3. Switchə birbaşa fiberoptik kabeli qoşsanız, həmin internet switchə qoşulan (lan kabellərlə) cihazlara internet verəcək, amma switchdə wifi olmadığı üçün, məsələn telefonu qoşa bilməyəcəksiniz.

      Modem switchə qoşulmalıdır ki, switch ordan aldığı interneti özünə qoşulduğu digər cihazlara paylaya bilsin. Əslində, heç bir fərqi yoxdur. Switch-in 1 və ya 64-cü portu eyni funksiyanı daşıyır.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(10:14, 12/01/2021 ) #78270

Bir daha salam.Bu deyerli ve anlaşımlı melumatlara gore teşekkür edirem.Bes Routerin interneti nə qədər komputerlərə paylanması barede nə qədər məhdudiyyət olduğunu hardan bilək.Məsələn Svitchdə portlarin sayı qədər komputerlere internet paylaya biler kabel vasitesi ile. BES Routerun nə qədər komputere internet paylaya biler ve neçe dənə komputere internet paylamasini nece mueyyen ede bilerik.Birdeki Router tekce modeme qoşulur ve heç bir komputere qoşulmadan internet paylayır?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (02:32, 10/02/2021 ) #78342

    Salam. Çox gec cavab olacaq, üzrlü sayın.

    Ruterdə limit qoymaq mümkündür. Məsələn, qoşulan cihazların sayını 15-20 qoymaq olar. Məndə olan ruterdə 99 cihaz qoşula bilər eyni zamanda. Ruterlərdə DHCP bölməsində qoşulmuş cihazların sayını görmək olur. Ruter özü internet paylayır, əgər fiberoptik qoşulma varsa. Yox, əgər sizdə yalnız ADSL mümkündürsə, bu zaman ADSL modemi ruterə qoşun (əgər ADSL modemdə wifi yoxdursa) və ruter özü interneti paylayacaq.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (4 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024