Dil seçimi

Salam. Eşitdim ki, burada təcrübəli insanlar var. Qərar verməzdən əvvəl məsləhətinizi almağım pis olmaz. Deməli, daha çox rus dilinə simpatiyam var. Həm də ədəbiyyatsevər olaraq rusların klassikadakı gücünə bələdəm. Dili bilib oxuyanlar deyir, tərcümələri də çox keyfiyyətli olur. Bir yaxşı cəhət də qonşu ölkəmiz və vizasız olmağıdır. Ölkəmizdə də geniş istifadə olunur. Praktika üçün kifayət qədər kanallar var. Lakin internetdə yarıdan çox ( 2016-ya görə 53,2% ) informasiya ingiliscədir. Ruscada isə ( 6,4% ) olsa da 2-ci sıradadır. İşimə görə heç bir dil lazım deyil. Sadəcə qiraət, film, podcast və sairə üçün istəyirəm. Dilin asanlığını da nəzərə alaraq, belə situasiyada hansını seçərdiniz?!


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(16:33, 06/03/2021 ) #78432

Dilin asanlığına qalsa təbii ki İngilis dilini seçərdim və belə də etmişəm. Əgər heç rusca bilmirsinizsə , Rus dili öyrənmək biraz çətin ola bilər (ən azından belə deyirlər). Amma gündəlik danışıq üçün və hətta biraz daha dərin ingiliscə məncə daha az vaxtınızı alardı. Həm də günümüzdə dünyada İngilis dilində danışanların sayı daha çoxdur. Rus dili əsasən bizim kimi keçmiş SSSR i ölkələrində daha yayğındır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:38, 06/03/2021 ) #78434

Vaxt ayırıb fikir bildirdiyiniz üçün minnətdaram.

Rus dilinin qrammatik çətinliyi barədə eşitmişəm. Xüsusilə, türklərdən. Sadəcə fikirləşdim ki, keçmiş SSSR ölkəsi olmağımız öyrənmə prosesini asanlaşdıra bilər. Azərbaycanlı biri, rus dilinin qrammatikası bizimkinə daha yaxındır, demişdi. Məs: İngilislərdə 16 zaman varsa, ruslarda 3-dür. Sizin dediyiniz kimi ingilis dili daha üstün, asan və daha çox informasiyaya çatdıracaqsa, onda onu öyrənməliyəm. İndi düşünürəm ki, rus dilini öyrənmək çətindirsə, bir tərəfdən də klassik ədəbiyyat oxuya biləcək səviyyəyə gəlib çatmağın çətinliyi var. Adicə türkcə bir az bilirəm, amma, akademik səviyyədə bilmədiyim üçün bu dildə bədii əsər oxumaq əziyyət verir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(20:54, 13/04/2021 ) #78526

5 fərqli dili bilən biri olaraq Rus dilinin qrammatikasının digərlərinə görə daha çətin olduğunu düşünürəm. Həmçinin, bəzi ədəbi əsərləri oxuyabilmək və keçmiş SSRİ ölkə vətəndaşlarının bir hissəsi ilə qeyri-folmal ünsiyyət xaricində Rus dilinə ehtiyyac olmur. İngilis dili beynəlxalq qebul edilmiş dil olduğu üçün dünyanın hər yerində işlədilir və bu dildə olan məqalə sayısı daha çoxdur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Qırılmış nömrə nə vaxt tam bağlanır (1 gün əvvəl)

Emil Imanov cavab verdi - Rus dilindən mətni tərcümə etmək (1 gün əvvəl)

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (3 gün əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (7 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (7 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (10 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (11 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (11 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (11 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (11 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (11 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (13 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (13 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (23 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (24 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23237 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024