Komputer mühəndisliyinin maaşı

Salam! Men ixtisasımı komputer mühendisliyinə vermək istəyirəm və ya komputer elmleri! Bilenler varsa maaşını deyərdiniz


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(20:02, 13/04/2021 ) #78519

Kompüter Mühəndisliyi öz içində bir çox hissəyə bölünür: Sistem Adminləri, Mobil tərtibatçılar (Android, iOS, Cross-Platform), Backend, Frontend, UI/UX, Qrafik dizayn, Oyun tərtibatçıları və s. İş elanları saytlarında bunların ortalama maaşlarına baxaraq daha realist bir rəqəm təxmin edə bilərsiniz.

Xarici ölkələrin çoxunda IT (İnformasiya Texnologiyaları) işçilərinin maaşları ortalamanın üzərində olur, amma, yüksək maaş işi seçmək üçün yaxşı bir səbəb deyil.

Universitetdən məzun olmaq iş üçün yetərli deyil, heç bir universitet iş həyatı üçün lazım olan bilikləri öyrətməyəcək. Universitet abstract məlumatları verir, necə öyrənmək lazım olduğunu öyrədir və şanslı olsanız, işə marağı olan digər insanlarla tanışmanızı təmin edir. İşi özünüz öyrənməli olursunuz. Ən aşağı giris səviyyəsindən belə universitet təhsilindən daha çox tələblər gözlənilir. Bu səbəbdən başlanğıc çətin olur.

Bölümün özünü oxumaq da çox çətindir. Bu bir mühəndislik bölümüdür və təhsil boyunca bir çox riyaziyyat və məntiq bilikləri tələb ediləcəkdir. Bölümə başlayıb 1-3 ildən sonra davam edə bilməyib elektronika və ya avtomatika bölümlərinə keçən çox tələbə gördüm (oxuduğum ölkədə rüşvət qəbul edilmirdi). Üstəlik bu aldığınız əziyyətli təhsil bilikləri iş həyatınızda çox nadir lazım olacaq.

Biraz proqramlaşdırma haqqında öyrənməyə başlayın. Codecademy və digər saytlarda Python proqramlaşdırma dili üçün kiçik giriş kursları var, onları yoxlayın. Bütün iş həyatınız boyunca hər gün qəliz problemlərə (məsələlərə) sadə alqoritmik həll tapmağa çalışacaqsınız. Bənzətmə üçün, Riyaziyyatda bir məsələ verildiyini düşünün, həlli üçün lazım olan düsturu (formulu) hər məsələ üçün özünüz başdan icad edəcəksiniz. Bu çox yorucu işdir və sevməyən birisi üçün çəkilməzdir. Daha fərqli işlərdə daha az əziyyətlə daha çox pul qazanma ehtimalınız daha yüksəkdir. IT sahəsində işi puluna görə görən insan sayısı azdır.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Jorpy cavab verdi - İnformatika muellimi yoxsa sistem administratorluğu? (7 saat əvvəl)

E. Hacı cavab verdi - Kriptovalyuta köçürmələrini VÖEN-ə bağlı bank kartına almağım vacibdir? (22 saat əvvəl)

Software Developer cavab verdi - Sifarişlərin çatdırılması üsulu (22 saat əvvəl)

Jorpy cavab verdi - Ödənişin təsdilənməsini necə öyrənə bilərəm? (1 gün əvvəl)

rdrobert cavab verdi - Ödənişin təsdilənməsini necə öyrənə bilərəm? (1 gün əvvəl)

rdrobert cavab verdi - canada ve america saytlarindan sifaris (1 gün əvvəl)

rdrobert cavab verdi - Sifarişlərin çatdırılması üsulu (1 gün əvvəl)

rdrobert cavab verdi - Kondisioner mis borusu qiyməti (1 gün əvvəl)

rdrobert cavab verdi - 0-dan alman dili öyrənmək (1 gün əvvəl)

E. Hacı cavab verdi - Trendyoldan 6 ədədd corab sifariş etsəm vergi ödəməliyəm? (4 gün əvvəl)

E. Hacı cavab verdi - Aliexpress endirim kodu tətbiq olunduqdan sonra Smart Customsda hansı qiymət yazılmalıdır? (4 gün əvvəl)

Jorpy cavab verdi - Aliexpress endirim kodu tətbiq olunduqdan sonra Smart Customsda hansı qiymət yazılmalıdır? (9 gün əvvəl)

E. Hacı cavab verdi - Smart Customsda növbəti sifarişlərə görə 25 manat tutulacaq? (9 gün əvvəl)

E. Hacı cavab verdi - Aliexpress endirim kodu tətbiq olunduqdan sonra Smart Customsda hansı qiymət yazılmalıdır? (9 gün əvvəl)

Jorpy cavab verdi - Poçta əlavə pul (10 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23249 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024