Komputer mühəndisliyinin maaşı

Salam! Men ixtisasımı komputer mühendisliyinə vermək istəyirəm və ya komputer elmleri! Bilenler varsa maaşını deyərdiniz

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Emin Mastizada (2021-04-13 20:02:01)
Kompüter Mühəndisliyi öz içində bir çox hissəyə bölünür: Sistem Adminləri, Mobil tərtibatçılar (Android, iOS, Cross-Platform), Backend, Frontend, UI/UX, Qrafik dizayn, Oyun tərtibatçıları və s. İş elanları saytlarında bunların ortalama maaşlarına baxaraq daha realist bir rəqəm təxmin edə bilərsiniz. Xarici ölkələrin çoxunda IT (İnformasiya Texnologiyaları) işçilərinin maaşları ortalamanın üzərində olur, amma, yüksək maaş işi seçmək üçün yaxşı bir səbəb deyil. Universitetdən məzun olmaq iş üçün yetərli deyil, heç bir universitet iş həyatı üçün lazım olan bilikləri öyrətməyəcək. Universitet abstract məlumatları verir, necə öyrənmək lazım olduğunu öyrədir və şanslı olsanız, işə marağı olan digər insanlarla tanışmanızı təmin edir. İşi özünüz öyrənməli olursunuz. Ən aşağı giris səviyyəsindən belə universitet təhsilindən daha çox tələblər gözlənilir. Bu səbəbdən başlanğıc çətin olur. Bölümün özünü oxumaq da çox çətindir. Bu bir mühəndislik bölümüdür və təhsil boyunca bir çox riyaziyyat və məntiq bilikləri tələb ediləcəkdir. Bölümə başlayıb 1-3 ildən sonra davam edə bilməyib elektronika və ya avtomatika bölümlərinə keçən çox tələbə gördüm (oxuduğum ölkədə rüşvət qəbul edilmirdi). Üstəlik bu aldığınız əziyyətli təhsil bilikləri iş həyatınızda çox nadir lazım olacaq. Biraz proqramlaşdırma haqqında öyrənməyə başlayın. Codecademy və digər saytlarda Python proqramlaşdırma dili üçün kiçik giriş kursları var, onları yoxlayın. Bütün iş həyatınız boyunca hər gün qəliz problemlərə (məsələlərə) sadə alqoritmik həll tapmağa çalışacaqsınız. Bənzətmə üçün, Riyaziyyatda bir məsələ verildiyini düşünün, həlli üçün lazım olan düsturu (formulu) hər məsələ üçün özünüz başdan icad edəcəksiniz. Bu çox yorucu işdir və sevməyən birisi üçün çəkilməzdir. Daha fərqli işlərdə daha az əziyyətlə daha çox pul qazanma ehtimalınız daha yüksəkdir. IT sahəsində işi puluna görə görən insan sayısı azdır.