İnternet qazanc üçün voen

Salam. Mən internetdən pul qazanıram upwork və s. saytlardan, və o pullar mənim payoneer hesabıma oturur. İndidə bizim karta keçirtmək istəyirəm, banklar deyirki bunun üçün fərdi sahibkar hesabı açılmalıdır və əvvəlcədən voen açmalıyam. Bunun üçün sadələşdirilmiş voen açdırmaq lazımdır? Cünki mən vergilərə zəng etdim mənə dedilər sadələşdirilmiş deyil 4% vergidi birdə sosial 70 manata yaxin 10 manata başqa nəyəsə görə dedilər. Vegidən heç başım çıxmır yəni bu qədər vergini mən hər ay ödeməliyəm ya ancaq kartıma pul gələndə? Kimdə internet qazancla bağlı voen varsa xahiş məsləhət verin necə olur bu işlər:)


Yadda saxlama
Kateqoriya: Sual . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

(01:53, 08/05/2021 ) #78586

Bu linkdən suallarınızın bir qisminə cavab tapa bilərsiniz – link

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(03:36, 18/05/2021 ) #78620

4 deyil 2 % Sadələşdirilmiş vergi 62.5 Azn DSFM Ödənişi yəni sosial və 10 azn Sığorta ödənişi edilir.
3 aydan bir hesabat verməlisiniz. Sadələşdirilmiş vergi və sosial ödənişi 3 ay sonunda 4cü ayın maksimum 20 sinə qədər 20 si daxil deyil ödəniş etməlisiniz. Qaldı ki sığorta ödənişi aylığ edilir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:12, 29/05/2021 ) #78649

Bildiyim qədərilə çox məhdud sahələr sadələşdirilmiş vergi ödəyə bilər və sadələşdirilmiş vergi Bakı şəhərində 4%, digər şəhər və rayonlarda 2% təşkil edir. Upworkdən qəbul etdiyiniz illik gəlir 200.000 manatdan azdırsa siz mikro sahibkar kimi VÖEN aça və 5% vergi ödəyə bilərsiz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (17:53, 29/05/2021 ) #78650

    hazırda hər yerdə 2%dir, Bakı daxil. Sadəcə olaraq sadələşmiş vergi yalnız vətəndaşlara xidmət edənlərə düşür(məs. bərbər, əl işi görən sənətkar və.s.) – qalan hər kəs 5%liyə düşür. O cümlədən də internetdən pul qazanan freelancerlər

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (14:48, 31/05/2021 ) #78653

      5% dediyiniz artıq sadələşdirilmiş vergidir? yoxsa mikro sahibkarlıq gedir?
      dediyiniz kimi sadələşdirilmiş vergi verə bilmək üçün fəaliyyət sahəsi vətəndaşlığa xidmətlə bağlı olmalıdır.
      Əgər 5% vergi dediyiniz mikro sahibkarlıqdırsa bu halda dövlət güzəşt etdiyi üçün 5%dir, yoxsa 20% olmalıdır.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:11, 31/05/2021 ) #78655

    Gəlir vergisidir.

    Sadələşmiş yalnız 2%dir.

    Mikrosahibkarlıq olması isə biznesin dövriyyəsindən asılıdır. İllik 200 min azn-ə qədər mikro olur bəli, ona görə də 5% olur güzəştlə.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      Mən getdim asan xidmətdə açdırdım voen, mene dediler sadeleşdirilmişdir 2% ve 62.50azn sosial, 10 aznde sigorta ancaq dövriyye olan aylarda çıxılacaq. Bankada ferdi sahibkar hesabı açmaq üçün sorğü göndərmişəm hələki cavab gözləyirəm. Bu ay hesab açım pulu göndərəcəm, amma bilmirəm rüblük necə hesablanır? Məsəl üçün mən iyunda pul alacamsa və alan kimidə ödəyəcəm vergini, və növbəti aylarda qazanc olmasa nə vaxta kimi hesabat verimki cərimə olmayım?

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:51, 26/11/2021 ) #78975

Qardaş salam. Bir məlumat verəsiz VOEN üzrə. Pulunu göturə bildiz? Voen LƏ BAGLİ NƏLƏR ORGƏNDİZ?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Software Developer cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (6 gün əvvəl)

Triste cavab verdi - Google Adsense vergi (6 gün əvvəl)

E. Hacı cavab verdi - Xif mn kodu (14 gün əvvəl)

Khagrov cavab verdi - Axtardığım mahnını tapa bilmirəm kömək edin (33 gün əvvəl)

E. Hacı cavab verdi - Dünəndən Kompüterlə Twitter/X və Pinterest -ə girə bilmirəm. (40 gün əvvəl)

orkhanrza cavab verdi - AZ9095də bağlama qalıb (45 gün əvvəl)

Ismayil1997 cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (53 gün əvvəl)

revan orucov cavab verdi - Bakıda evə 100mbps+ internet verən provayder var? (58 gün əvvəl)

E. Hacı cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (59 gün əvvəl)

Jurnalist cavab verdi - WordPress sistemli saytda Facebook və İnstagram platformalarına özəl target_blank tənzimlənməsi haqqında... (60 gün əvvəl)

asssa1 cavab verdi - Riyazi proqramlar üçün proqram (61 gün əvvəl)

Aleks cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

E. Hacı cavab verdi - İndiki dövrdə İngilis dili müəllimliyi ixtisasını seçməyə dəyər? (68 gün əvvəl)

Software Developer cavab verdi - Patreon , Ko-fi , Buy Me A Coffee , Kickstarter kimi saytlardan gələn pula görə vergi tutulur? (68 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23288 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024