Salam kompüter yigdirmaq sərf edər yoxsa maqazindən kredit ilə almaq? Kompüter xüsusiyyətlərindən çoxda anlayışım yoxdur 8 ram ilə istəyirəm, notebook yox masa üstü kompüter
Salam kompüter yigdirmaq sərf edər yoxsa maqazindən kredit ilə almaq? Kompüter xüsusiyyətlərindən çoxda anlayışım yoxdur 8 ram ilə istəyirəm, notebook yox masa üstü kompüter
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
1
Baxır nə üçün istifadə edəcəksiz. Yüksək göstərici lazım deyilsə elə OEM deyilən istehsalçıdan ala bilərsiz. Yəni hamısı birində. Məsələn, HP şirkətindən alırsız, nəsə problem olanda da zəmanət müddətində aparırsız ölkədəki rəsmi servisinə pulsuz xidmət göstərirlər. Yoxsa hissələri alıb özünüz yığsanız, onda hansı hissə xarab olub onu aldığınız yeri tapmalı, zəmanət problemləri ilə əlləşməli olursuz. Məsələn, tutaq ki, CPU’nu bir yerdən, RAM’i başqa bir yerdən almısız. Bunlar başağrısı ola bilər zəmanət ehtiyacı yarandıqda.
Amma konkret oyun, qrafik işlər görəcəksizsə hissələr alıb yığmaq məsləhətdir. Ancaq ki, belə işləri 8 Ramla həll etmək olmaz.
Sual verin
Cavab verin