Salam alekum. Mən payoneer üçün xalqbankdan mastercard debit standart karti sifariş vermək istirem meslehetli bankdi??.
Esas sualım payoneer ebay amazon menen adres dogrulama istiyecek adima qaz isiq yoxdu. Adima olan bank kartinan tesdiqli (pecatli) cixaris (yasayis yermi gosteren) gondersem tesdiq eder?? Birde teze acdiracaqim kartdan cixaris istiye bilmiyecem yeqinki cunki teze kart olduqu üçün heç bir pul emelyyati icra olunmuyub. Ama ozum xalqbankdan maas aliram yeni maas kartim var bir aydi o bankdan maas aliram. Maas kartimnan cixaris alsam gondersem tesdiq ederler?? Ne derece sualmi izah edə bildim bilmirəm başa dusen oldusa cavablandirardi zəhmət olmasa. onceden tessekkur edirəm.
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
0
xalqbankdan debet kart ilə payoneerin heç bir əlaqəsi yoxdur.
Yəqin cari hesab kimi bank rekvisitlərini payoneerə daxil etməyi deyirsiniz – bu mümkündür bəli. bank fərqi yoxdur, əsas odur valyuta düz olsun.
sadəcə nəzərə alın ki, bu hesab VÖEN sahibkar hesabı olmalıdır. Şəxsi hesaba gəlir göndərməyə icazə yoxdur deyə 1-2 dəfəyə artıq blok edəcəklər məbləği, və bank tələb edəcək ki, blokda olan pulu istəyirsinizsə, gedin VÖEN hesab açın.
Ünvan doğrulama isə bəli maaş kartınızdan olan çıxarış ilə mümkün ola bilər – tək şərt odur ki, sizin yaşadığınız ünvan o çıxarış sənədində yazılmış olsun. Bəzi bankların şablonunda ünvan yazır, bəzilərində yox.
Sual verin
Cavab verin