Salam. Mən payoneer usd hesabından express bank debet kart hesabına 66 usd köçürmə etmişdim. Payoneer köçürmə zamanı 15 usd tutacağını qeyd etmişdi. Geri 51 usd qalırdı amma hesabıma sadəcə 34 usd pul gəldi. Bu cür faizlərnən heç sərf etmir. Bilmək istərdim payoneer hesabdan daha sərfəli yolnan pulu necə çıxartmaq olar?
Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)
1
Bəli, payoneerin tutduğu standart qiymətdən əlavə, yolda gələrkən də vasitəçi banklar filan tutur 15-20$.
Belə deyək, 1000$ köçürəndə 30$ civarında itki olur.
Bu da 3% deməkdir. Bankomatdan da çıxaranda təxminən eyni faiz olur.
1. sərfəli yol o olardı ki kiməsə payoneerdə pul lazım ola, xərcləmək üçün. Siz ona köçürəsiz, o da sizə nəqd verə əldən. 0% ilə başa gələrdi belə. Amma elə adamları tapmaq da çətin məsələdir düzdür.
2. məbləğ böyük olanda çıxarmaq. Yəni tutalım hər 100$ çıxardıqda 32$ itirməkdənsə, məbləği toplayıb daha böyük məbləğ olanda çıxarmaq – ki itkiniz mümkün qədər az olsun.
3. Bİrbaşa payoneer kartdan xərcləmək. Orda da itkilər olur valyuta konvertasiyasına görə. Amma 2-3%-i keçmir. O da 100$-a 2-4$ itki demək olur, nəinki 30$.
Sual verin
Cavab verin