Youtube Yemək kanalının inkişafı

Hər kəsə salam. Mənim Youtubede yemək kanalım var . Videolarımı ingilis dilində başlıq və açıqlama ilə yayımlayıram.5 aya yaxındır ki videolar paylaşıram cəmi 500 abunəyə çatmışam.Amma son dövürlərdə ölkəmizdə yaranan yemək kanalları çox sürərətlə inkişaf edir və kifayyət qədər də pul qazana bilirlər. Çox arasdirmisam bunların sirrini tapa bilmirəm. Google reklamları da verirəm yutuba amma nəticə qane etmir.Təxmin edirəm ki bu kanallar hansısa bir platforma vasitəsi ilə qabağa gedir.Bilmək istərdim ki,bu tərz kanallar necə inkişaf edir və mənə nə məsləhət görərdiniz


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(00:16, 03/03/2022 ) #79137

Çox faktor var burada.

1. Unikallıq.
2. Keyfiyyət
3. İlk olaraq doğru zamanda çıxması
4. Təsadüfi virallıq (hansısa böyük veb saytın, şəxsin və ya səhifənin kanalı görüb paylaşması və.s.)
5. Digər təsadüflər (alqoritmik, sosial və.s.)

Yəni hər hansı layihənin böyük uğura çatma formulundakı əmsallar heç də hamısı idarəolunan deyil.

Riyazi dildə desək,
unikallıq və keyfiyyət – zəruri şərtdir.
+bəxt və təsadüflər – kafi şərt.

Sırf sizin situasiyada nə məsləhət vermək olar – məncə davamlı olaraq eyni nöqtəyə vuraraq ruhdan düşməyərək davam edin, daim keyfiyyəti artırmağa çalışın, əsla və əsla davamlı yayını axsatmayın – bu halda dediyim zəruri şəərt ödənmiş olacaq – bircə qalacaq bəxtin üzünüzə gülməsi – yəni hansısa viral impulslarla səhifənizin böyüməsi.

Ondan sonrası isə qartopu effekti ilə özü böyüməyə davam edəcək.

Əsas çətinlik məhz başlanğıc baryeri aşmaqdır. Əgər statistika olsaydı , görmək olardı ki 99% məhz bu ilkin baryerdə ilişir, yəni heç cür böyümədiyini görüb bir yerdə pəs deyib dayanır. Amma dayanmasaydı gec-tez bəxti gətirə bilərdi.

Ümumən growth hacking deyə axtarış edib materiallarla da tanış olun – istər thumbnail şəklin seçilməsi, istər başlıqların tərtibi üçün ən yaxşı biliklərə sahib olun – çünki Youtube-da bunların önəmi kritik olaraq çoxdur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (00:30, 03/03/2022 ) #79139

    Cavabiniz üçün çox təşəkkür edirəm.Amma siz deyən faktorların heç biri bu son yaranmış və ildirim sürətilə böyüyən kanallarda yoxdur.Düşünmürəm botlardan istifadə edirlə.Sadəcə nədirsə baş açmaq olmur.

    Kanal linkim https://www.youtube.com/channel/UCZF_6S5jNWuXEVOq-T8XM_Q

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (00:48, 03/03/2022 ) #79140

      Xeyr, siz sadəcə obyektiv yanaşmağa çalışın. Başlanğıcda formalaşmış inancı kənara qoyub, real olaraq araşdırma edin.

      Botlardan istifadə edən kanallar yoxdurmu – əlbəttə var. Amma bu ucuz işlərdir və sadəcə müəyyən impulslar verir. Daimi sağlam model üçün gərək ki keyfiyyət və virallıq olar.

      Konkret Kənd Həyatı haqda desək – onlarda hər şey orqanikdir, unikaldır – və doğru zamanda doğru anda peyda olmuşdu (pandemiyanın əvvəlində – insanların evə qapanıb təbiətdən ötəri darixdığı anlarda)
      O kanalın inkişaf timeline-a baxsanız ,görərsiniz ki, interactionun çox yüksək olması (like və commentlər) bir də virallıq(başqa böyük kanallarda paylaşılma ilə böyük axının gəlməsi) səbəb olmuşdu. İndi onu youyube rəsmi səhifəsə belə handpicked reklam edir (yəni alqoritm ilə yox, insan işçi seçib paylaşır bu kanalı məsləhətli kanal kimi).

      Digər kanallara da baxsanız hərəsinin öz yolu var əlbəttə. Amma böyük uğur qazananlar (wilderness, kend heyati ve.s.) heç birinin bota ehtiyacı olmayıb və təbii virallıq, intereaktivlik ilə böyüyüblər.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(01:00, 03/03/2022 ) #79141

Təşəkkür edirəm cavabiniz üçün🙏

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Kanalı da paylaşa bilərdiz. Bəlkə baxıb daha çox məsləhət verə bilərdik:

– videoları eyni templə eyni saatda edin. Misal üçün, hər həftənin 6cı günü səhər saat 7-də. Ya da 6-cı günlər axşam saat 7-də. Bu vaxtdan sonra çoxlarının istirahət vaxtı başlayır və video yüklənən anda daha çox uğur qazanar və YouTube videolarınızı daha çox insana göstərər. Ancaq heç vaxt hazır videolar var deyə hamısını birdən yayımlamayın. Planlaşdırın – hər gün saat 7-də, ya hər hər cümə və şənbə saat 7-də. Ya da hər ayın 1-ci saat 1-də. Ancaq preiodiklik olsun ki, YouTube da periodik olaraq YouTube-a girənlərin qarşısına çıxarsın.

– YouTube kanalının SEO-sunu düzəltməlisiz. Lazım olarsa, bu işdə xidmətlərimizi də təklif edə bilərik, çünki ödənişli reklamlar bitir və yeni ziyarətçilərin gəlişi də bitir. Ancaq SEO ilə illər sonra da yeni ziyarətçilər qazanmağa davam edirsiz. Özünüz araşdırma edin: YouTube kanalı üçün SEO. Neçə haştag yazmaq olar, neçə açarsözü yazmaq olar, açarsözləri neçə simvol olmalıdır, thumbnail necə olmalıdır, başlıq necə olmalıdır, Playlistlər necə olmalıdır, YouTube shorts videoları necə olmalıdır, sosial linklər paylaşmaq olar. İndi isə yenilik var: YouTube videoları başlıca bölmələrə ayrılmalı və hər birinin öz başlığı SEO-ya uyğun olmalıdır. Misal üçün bu videoya baxın, örnək olaraq düzəltmişik: https://www.youtube.com/watch?v=LwrBghUtmMg

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Mən inanmaq istəmirəm ki, sizin kanal yalan danışa bilər. Vətən Müharibəsində Şəhid Qardaşının Qisasını Belə Aldı – REAL GÖRÜNTÜLƏR https://www.youtube.com/watch?v=JboGhRosF5E XX Vətən Müharibəsində Şəhid qardaşının qisasını necə aldığını danışdı bəlkə daha düzgün olar, çünki orda nəinki real, heç görüntülər yoxa yaxındır. Kanalı canlandırın: Qazi kimdir, adı/soyadı, Şəhid qardaşı kimdir: adı/soyadı. Bəlkə tanıyanlar var, baxmaq istəyəcəklər. Tanımayanlar da tanısınlar. Bəlkə Wikipedia-ya mənbə kimi göstəriləcək. Ən azından kanalın Fb, Instagram, VK və Twitter səhifələrini də düzəldin – mütləq eyni ad, eyni URL ilə. Videoları orda da paylaşın. Instagramda hər videonun introsunu yayımlayın. Hər videonun introsundan YouTube shorts üçün videolar hazırlayın. Loqo da hər yerdə tam eyni olsun və Dəmir Yumruq olsun ki, videoya baxanda o kiçik ikondakı loqo açıq-aydın görünsün, tanınsın.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (14 saat əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (1 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (5 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (5 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (6 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (6 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (18 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (18 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (18 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (18 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024