Payoneer suallar 2022

Xoş gördük. Payoneer-lə bağlı sualları araşdırdım, çoxu 3-4 ilin cavabları idi, dedim bəlkə dəyişiklik olar. Xahiş edirəm aşağıdakı suallara cavab tapmağa kömək edin: 1) Oxuduğuma görə yerli bank kartına 100$ göndərəndə də təxmini 30$ itki olur, 1000$ göndərəndə də. Bu düzdürmü? 2) Oxuduğuma görə adi debet kartıma ( USD) köçürmə etsəm, 90% hallarda bloklanacaq, bu hələ də belədir? 3) Payoneer kart sifariş versəm, yerli bankomatlardan USD çıxartmaq mümkündürmü? Təxmini 3% tutulacaq ya yerli bank da nə isə tutacaq? 4) Payoneer kartla AZN çıxartsam, konvertasiya haqqı da tutulurmu əlavə? 1000$ misalında bu nə qədər ola bilər? 5) 2 fərqli valyutada (USD, EURO) Payoneer kart sifarişinin mənası varmı? Yoxsa, hər karta görə xidmət haqqı alınacaq? ( Çatdırılma qiyməti onsuz 40$ qalır ) Öncədən təşəkkür edirəm!

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2022-04-15 09:21:39)
Xeyr, bankomatdan USD çıxarmaqdır ən az itkili yol. Amma vergi vermək hər bir halda lazımdır :) İstər bankomatdan çıxardıqda könüllü bəyan ilə, istər də VÖEN hesaba gəldikdə. Yəni hüquqi baxımdan deyirəm.

AzeriFire (2022-04-14 20:23:27)
Belə çıxır ki, VÖEN hesabına bağlı kartıma köçürüb, 3-3.5% + 6.5 %(bank+vöen) itirmək ən az itkili yoludur. Təxmini 10% itki. Çox sağ olun, cavab üçün.

E. Hacı (2022-04-14 20:12:08)
Salam. 1. Bəli. 2. VÖEN olmayan kartdısa, bəli - bir növ əməliyyatları gözdən keçirən insan işçinin insafına, biliyinə və.s. baxır. Nadir halda keçir, amma çox vaxt saxlayırlar məbləği. Zəng edib deyirlər ya geri qaytaraq ya da VÖEN açın ora köçürək. 3. 3.5$+1.8%. 500$ çıxarsanız, 12.5$ tutacaq. USD olan bankomatlar əksər halda max. 250$ verir bir dəfəyə. Təkrar təkrar çıxarmaq lazım olur ki hər dəfə 3.5$ itki olur bu halda. Amma bəzən banklarda bu limit səssizcə artırılır. Ona görə də hər zaman bir cəhdə 1000$ və ya 500$ verən ATM tapmaq mümkündür. Sadəcə random sınamalarla tapmaq olur hansı bankomatda cash USD var və limiti yüksəkdir. 4. Bəli, çox ciddi itki olur AZN çıxaranda. Həm də orda da bir dəfəyə 250 AZN limiti qoyublar(absurd) deyə itki gəlir olur hardasa 5% civarı. Heç sərf eləmir. 5. Hər birinə görə haqq alınacaq illik 29$. İki kart sifarişinin xüsusi mənası yoxdur, amma tətbiqi əhəmiyyəti ola bilər. Məsələn hər iki valyuta ilə pul qazanırsınızsa və Payoneerdə saxladığınız pulu diversifikasiya etmək istəyirsinizsə.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Payoneer vasitəsilə pul köçürmələri

Payoneer kart gömrük

Payoneer kart sifarişi

Payoneer karti ile ATM de limitsiz pul cixarilma

Payoneer kartımın Vaxtı bitib, İçindəki pulu çıxarda bilmirəm

Payoneer karti ile kim bankomatdan pul cixardib ?