Payoneer suallar 2022

Xoş gördük. Payoneer-lə bağlı sualları araşdırdım, çoxu 3-4 ilin cavabları idi, dedim bəlkə dəyişiklik olar. Xahiş edirəm aşağıdakı suallara cavab tapmağa kömək edin:
1) Oxuduğuma görə yerli bank kartına 100$ göndərəndə də təxmini 30$ itki olur, 1000$ göndərəndə də. Bu düzdürmü?
2) Oxuduğuma görə adi debet kartıma ( USD) köçürmə etsəm, 90% hallarda bloklanacaq, bu hələ də belədir?
3) Payoneer kart sifariş versəm, yerli bankomatlardan USD çıxartmaq mümkündürmü? Təxmini 3% tutulacaq ya yerli bank da nə isə tutacaq?
4) Payoneer kartla AZN çıxartsam, konvertasiya haqqı da tutulurmu əlavə? 1000$ misalında bu nə qədər ola bilər?
5) 2 fərqli valyutada (USD, EURO) Payoneer kart sifarişinin mənası varmı? Yoxsa, hər karta görə xidmət haqqı alınacaq? ( Çatdırılma qiyməti onsuz 40$ qalır )

Öncədən təşəkkür edirəm!


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(20:12, 14/04/2022 ) #79216

Salam.

1. Bəli.
2. VÖEN olmayan kartdısa, bəli – bir növ əməliyyatları gözdən keçirən insan işçinin insafına, biliyinə və.s. baxır. Nadir halda keçir, amma çox vaxt saxlayırlar məbləği. Zəng edib deyirlər ya geri qaytaraq ya da VÖEN açın ora köçürək.
3. 3.5$+1.8%. 500$ çıxarsanız, 12.5$ tutacaq. USD olan bankomatlar əksər halda max. 250$ verir bir dəfəyə. Təkrar təkrar çıxarmaq lazım olur ki hər dəfə 3.5$ itki olur bu halda. Amma bəzən banklarda bu limit səssizcə artırılır. Ona görə də hər zaman bir cəhdə 1000$ və ya 500$ verən ATM tapmaq mümkündür. Sadəcə random sınamalarla tapmaq olur hansı bankomatda cash USD var və limiti yüksəkdir.
4. Bəli, çox ciddi itki olur AZN çıxaranda. Həm də orda da bir dəfəyə 250 AZN limiti qoyublar(absurd) deyə itki gəlir olur hardasa 5% civarı. Heç sərf eləmir.
5. Hər birinə görə haqq alınacaq illik 29$. İki kart sifarişinin xüsusi mənası yoxdur, amma tətbiqi əhəmiyyəti ola bilər. Məsələn hər iki valyuta ilə pul qazanırsınızsa və Payoneerdə saxladığınız pulu diversifikasiya etmək istəyirsinizsə.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (20:23, 14/04/2022 ) #79217

    Belə çıxır ki, VÖEN hesabına bağlı kartıma köçürüb, 3-3.5% + 6.5 %(bank+vöen) itirmək ən az itkili yoludur. Təxmini 10% itki. Çox sağ olun, cavab üçün.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (09:21, 15/04/2022 ) #79219

      Xeyr, bankomatdan USD çıxarmaqdır ən az itkili yol. Amma vergi vermək hər bir halda lazımdır 🙂 İstər bankomatdan çıxardıqda könüllü bəyan ilə, istər də VÖEN hesaba gəldikdə. Yəni hüquqi baxımdan deyirəm.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (1 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (1 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (4 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (5 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (5 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (5 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (5 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (7 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (7 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (17 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (18 gün əvvəl)

rdrobert cavab verdi - Xaricdən telefon getirmek (18 gün əvvəl)

rdrobert cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (18 gün əvvəl)

rdrobert cavab verdi - AliExpress, Telefon, Rüsum (18 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23234 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024