Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Payoneer kartı / vergi

Salamlar hər kəsə. Burada payoneere aid bir çox postları oxumuşam, amma yenədə öz sualıma tam cavab tapa bilməmişəm diyə dəqiqləşdirmək istəyirəm. Deməli, mən inetdən pul qazanıram və payoneer hesabımdan yerli hesabıma (sahibkar hesabıma) transfer edirəm. Qazancım çox azdır, nə qədər çalışıram çox qazanım alınmır, ona görədə pulumu bütün rüsumlardan sonra alanda çox balaca bir məbləğ alınır. Payoneerin özü transfer zamanı 15 dollar, yerli hesaba oturanda ortada müxbir bank olur oda 20-25 dollar, banka gedib pulu alanda bank çıxır müəyyən faizlərini və nəğləşdirmədə çıxır hımçinin, ondan sonra sığorta, sosial və 2% vergi ödeyirəm. Sualım odur ki mən payoneer kartını sifarış versəm, bir başa o kartdan burda ATM nən pul çıxartsam yenə vergi ödəməliyəm? Yəni məni məcbur edə bilərlər get vergi öde? Qazancım azdır diyə sərfəli yollar axtarıram. Qazancı artırandan sonra burdaki yerli hesaba transfer etmək məni narahat eləməz.


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(08:45, 20/06/2022 ) #79322

“ATM nən pul çıxartsam yenə vergi ödəməliyəm”
Qanunla ATM və ya cari hesaba gələn pul – fərq etmir. Hər ikisi eyni vergi öhdəliyi yaradır.

Məcburiyyətə gəldikdə isə, xeyr vergi bizdə öncədən məcburiyyətlə deyil, bəyan ilədir.
Yəni siz özünüz gedib ödəyirsiz, sizdən tutmurlar vergini.
Ödəməmək də qanuni məsuliyyət yaradır.

Yəni belə deyək, bankomatdan birbaşa çıxarsanız və vergi verməsəniz, buna görə yəqin ki hansısa cəza olmayacaq – çünki ona nəzarət mexanimi tam olaraq yoxdur – sadəcə nəzərə almaq lazımdır ki, bunu etmək vergi öhdəliyindən azad etmir sizi.

Məncə müvafiq dövlət qurumlarına da təklif olaraq yazın, nə qədər çox adam yazsa o qədər faydalı ola bilər – “Qazancı Azərbaycandan olmayan fərdi sahibkarlar vergidən azad edilsin” tipli təklif. Necə ki, Gürcüstanda elədir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:26, 20/06/2022 ) #79324

    Çox təşəkkür edirəm cavabınıza görə. Bəli, əgər hətta minimum limit qoysaydılar məsəl üçün 250 dollara kimi qazanca vergi olmasın, oda pis olmazdı. Mən aya güclə 100 dollar edirəm, oda yığılır 3 aydan bir çıxarıram yəni hər rüb, sondada çox az qazanc qalır əlimdə. Əziyyətimə dəymir heç.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (12:10, 20/06/2022 ) #79325

      Ironik səslənsə də sərfəli tək yol daha çox qazanmaqdır. Yəni vergini komissiyanı necə azaldım yox, necə edim 5-10 qat daha çox qazanım – bunun üzərində baş sındırmaq lazımdır.

      İndiki durumda isə qazanılanı daha gec-gec çıxarmaqdır tək çarə. Ki bu komissiyalar, faizlər və.s. daha az olsun.

      250 çox azdır belə limit üçün. İllik 200 min azn qazancadək mikro sahibkar hesab edilir, və bu şəxslər tam vergidən azad olmalıdır, əgər pul xaricdən gəlirsə və qazanan tək bir şəxsdirsə.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Browser dəyişikliyi, şəxsi məlumatlar (1 gün əvvəl)

Abstrakt cavab verdi - Browser dəyişikliyi, şəxsi məlumatlar (1 gün əvvəl)

E. Hacı cavab verdi - Browser dəyişikliyi, şəxsi məlumatlar (1 gün əvvəl)

Xeyal cavab verdi - Payonner hesab açma (10 gün əvvəl)

Software Developer cavab verdi - Payoneer kartı / vergi (10 gün əvvəl)

Gulya90 cavab verdi - Payoneer kartı / vergi (10 gün əvvəl)

Software Developer cavab verdi - Xarici valyutalar (10 gün əvvəl)

Software Developer cavab verdi - Payoneer kartı / vergi (10 gün əvvəl)

Ruslan90 cavab verdi - Vatsap da prablem (10 gün əvvəl)

Elon Musk cavab verdi - Mən yol polisi olmaq üçün elə polis akademiyasına qəbul olmalıyam? (10 gün əvvəl)

Sade.insan35 cavab verdi - sualin cavabi nedir (11 gün əvvəl)

Sade.insan35 cavab verdi - Narda tarifleri nece deaktiv etmek olar ? (11 gün əvvəl)

Vahid Hacıyev cavab verdi - Payonner hesab açma (12 gün əvvəl)

Matin.Guliyev cavab verdi - Aliexpressden telefonu pdmden keçirmək? (13 gün əvvəl)

SN cavab verdi - Windows System USTAsı (14 gün əvvəl)

Software Developer - 614 xal

E. Hacı - 606 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 22930 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2022