Gəlirim yoxdu ancaq vöenim açıqdı

İnternetdən pul qazanmasamda vöen açdırmışdım, əsas azerselin korparativ nömrəsinə görə limitsiz internet verir, yəni internet işinən məşğulam ama pul qazana bilmirəm satışlarım olmur, izlənmə az olur, yəni təzə başlamışam düzdü pul qazanmağım biraz çəkəcək, əsas problem vöen adına nömrə var azerseldəki limitsiz internet nömrəsi götürmüşəm, internet mənə pul qazanmaq üçün mütləq lazımdı, indi mənə məsləhət verin mən nə edim?


Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(22:17, 16/04/2022 ) #79223

Sualınız nədir? VÖEN-i bağlamaq ya nə?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (23:30, 16/04/2022 ) #79224

    Gelirim yoxdu , azercell internete göre açıq qalmağını isteyrem, deyilene göre vöen bağlasam azercell internetede tesir edecek, əgər vöen açıq qalsa borczad yazılırmı?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (13:55, 17/04/2022 ) #79226

      VÖEN açıq qalsa hər ay sosial sığorta və tibbi sığorta ödəməlisiniz. Təxminən 50-60 manat edir aylıq.
      vergi isə vermirsiniz gəlir olmayanda – amma bunu 3 ayda bir bəyan edib gəlirim yoxdur deməlisiniz hesabatda. Əks halda ona da cərimə düşür. Yəni gəlir oldu olmadı mütləq 3 ayda bir hesabat göndərmək lazımdır. Ki gəlirim 0 azn olub və ya 1000 azn olub və.s.

      VÖEN bağlasanız Azercellin bundan xəbər tutması üçün texniki imkanları var bəli – amma bunu edirmi etmirmi onu deyə bilmərik, onu artıq Azercell bilər. Zənn edirəm ki etməzlər və internetiniz işləməyə davam edər.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (19:20, 17/04/2022 ) #79227

    3aydan bir hesabat verəcəm, gəlirim 0 olanda məsələ aydındki vergi verilmir) sosial məsələsini anlamadım , gəlirim olmasada sosial pulu verilməlidmi?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (14:01, 18/04/2022 ) #79229

      Bəli. Fərdi sahibkar üçün sosial və tibbi sığorta ödənişləri gəlirlə yox sahibkarlıq fəaliyəti ilə bağlıdır. Yəni fəaliyyətiniz davam edirsə( = VÖEN aktivdirsə), hər ay ödəniş olmalıdır.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (35 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (52 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (69 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (105 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (122 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (137 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026