Onlayn Ticarət Gəlir Vergisi Ətraflı

Salam, hər vaxtımız xeyir olsun. WhatsApp və Instagram üzərindən digiital məhsul satışı həyata keçirirəm. Yəni ki, “PUBG Mobile” oyunu üçün UC, “TikTok” platforması üçün Jeton satıram. Bir müddət sonra VÖEN açmalı olduğumu bildirdilər. Vergilər Nazirliyinə getdim, dedilər ki, sizdə online ticarət olduğu üçün, yəni ödənişlər nağd yox bank kartına gəldiyi üçün sizə Gəlir Vergisi tətbiq ediləcək. Hər ay 37,50 azn DSMF, 12,50 azn sığorta, 3 aydan bir hesabat göndərməli və karta mədaxil olunan hər pula görə 5% gəlir vergisi ödəməliyəm. Bu isə həddindən artıq çox vergi dərəcəsidir. Xidmət göstərən əməkdaşa bildirdim ki, mən satdığım məhsulları pulsuz almıram, məsələn 660 UC paketini 14,50 azn maya qiymətinə alıb hamının satdığı normal bazar qiyməti 15 aznə satıram. Əgər mədaxil olunan 15 manatdan siz 5% vergi tutsaz mən nəyin ki, qazanc, pramoy zərər əldə edəcəm. Bildirdilər ki, bizə aidiyyəti yoxdur, sizin karta daxil olan hər pul bizim üçün gəlir sayılacaq. Daha sonra mühasibdən öyrəndim ki, Hesabat dövrü zamanı xərcləri bildirə bilərmişəm. Mənim əsas sualım da budur zatən. Mühasib belə bilmədi, dedim bəlkə Burda bilən biri ola. Malların alınmasına görə çəkilən xərcləri göstərmək üçün qaimə-faktura olmalıdır məndə. Amma bu mümkün deyil. TikTok mənə hansı fakturanı verəcək, vəya PUBG MOBİLE ? . Bu məntiqsizdir və qeyri-mümkündür. İndi qalmışam belə, VÖEN açmaq istəyirəm amma ti gəl ki, bizim vergi qanunlarında hələ onlayn ticarət barədə doğru qanunlar tərtib edilmədiyi üçün mənim kimi satıcılar ya işini sonlandırmalı ya da zərərə işləməlidir. İndi mən nə edə bilərəm? Necə edim ki, sübut edim vergilərə ki, mən həqiqətən filan digital məhsulu satanda onu 14,50 ə alıb 15-ə satıram. Köməklik göstərsəz sevinərəm.


Yadda saxlama
Kateqoriya: Sual . , , , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

(12:04, 04/06/2022 ) #79280

Salam. Bir az yanlış izah ediblər.

Gəlir vergisi dövriyyədən deyil, gəlirdən tutulur – adından göründüyü kimi.

15 manata aldığınız malı 16 manata satırsınızsa, 1 azn-ə uyğun vergi verməlisiniz.
Bir şərtlə ki 15 manata almanız haqqında etibarlı sənədiniz olsun əlinizdə. (çek, qaimə və.s.)

Online alırsınızsa, elə sahibkar kartı əldə edib o kart ilə edin ödənişi. O halda rəsmi hesabdan ödənib deyə problem də olmayacaq.
Yox əgər başqa yolla ödəniş edirsinizsə(tutalım xarici kart və ya paypalla), o zaman iş çətinləşir bəli. Yəni özünüzü verginin yerinə qoyun – o niyə inanmalıdır ki, siz 14.5-yə almısınız bu malı. Bəlkə yalan bəyandır elə?

Qaldı xaricdən alınan məhsulun invoysuna, elə bir ciddi mənbə yoxdur axı invoys göndərməsin.
Adicə app store-dan nəsə alanda belə Apple və ya Google rəsmi invoys göndərir emailə.

PUBG və tiktok da göndərməlidir. Göndərmirsə, nəsə anlaşılmazlıq var deməkdir.
Bütün bu tip ödənişlərin invoysu olur və emailə göndərilir.

Ona görə də sizin yerinizdə olsam belə edərəm.

1. pubg və ya digərinin göndərdiyi invoysda ödəyən tərəfdə ad soyadımla yanaşı TAX İD-mi (VÖEN) də yazaram həmin syatalrdakı ayarlar bölməsi və.s. ilə (hər birində olur belə field-lər. Lap soyad yerində də mötərizədə yazmaq olar ən pis halda. Əsas odur orda görünsün )
2. bu tip invoysları hər hesabat dövründə toplayıb verərəm mühasibə.
3. Gerisi mühasibin işidir.

Siz mühasiblə anlaşanda öncədən onu deməlsizi ki mənim invoyslarım xarici invosyalr olaraq yerli e-qaimə yox, problem olmazmı deyə. Hansı mühasibin ki belə bir təcrübəsi var, razılaşacaq.
Ölkədən kənardan mal/xidmət alan yüzlərlə şirkətimiz var, onlar da bu cür həll edir.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:37, 04/06/2022 ) #79281

Cavabınız üçün təşəkkür. Dediyiniz invoyslara baxdım lakin işə yarar məlumat yoxdur. İlk öncə sizin birinci bildirdiyiniz sahibkarlıq kartı ilə ödənişi edərək xərc göstərmək – bu məntiqlidir, mənim də dünən ağlıma gəldi indi ti gəl ki, vergilər bu çıxarışı qəbul edəcək ya yox, bunu soruşaram bu heç. Baxın açıq-açıq izah edim bəlkə məni tam anladız. Mən bir çox rəqəmsal məhsul satıram, bunların isə ödəniş metodları müxtəlif yollarla, müxtəlif saytlarla həyata keçir.

1. Standoff, Clash Of Clans, PUBG LİTE və s. – Bu tip oyunları Google Play Store üzərindən sahibkarlıq kartı ilə satın ala bilərəm. İnvoys da göndərir zatən Google Play Store. Deyək ki, hə nu invoysları xərc kimi vergilər qəbul etdi. Bu belə
2. PUBG Mobile, Free Fire və s. – bu tip oyunlara isə rəsmi “topup” saytları ilə ödəniş edirəm. PUBG Mobile yükləmək üçün rəsmi səhifədə sadəcə Ad Soyad ilə qeyd edərək profil yaradıram. Daha sonra müştərilərin İD-ini daxil edərək UC yükəyirəm. Bunun üçün isə açılan profilə “bakiye” yüklemek lazımdır. Bakiyə digital olaraq rəsmi saytda satılır amma bahadır. Buna görə mən həmin bakiyeni ucuza gətirən Azərbaycanlılardan satın alıram. Bunun üçün mən onların kartlarına c2c ilə köçürmə edirəm, onlar da bakiye verir ucuz. Bəs bunu necə edək ? Sahibkarlıq kartı ilə c2c ilə köçürmə edib mal alsam o zaman xərcdə bunu göstərə biləcəm mi ? Əlavə olaraq, sahibkarlıq kartı ilə ay ərzində maksimuma 15 min manat nağdsız pul çıxara bilərəm (c2c, e-com). Free Fire oyunu isə iki variant ilə, birincisi Türk pərakəndə satış saytlarından rəqəmsal epin alaraq sahibkarlıq kartı vasitəsilə. İkincisi Rusiya serverinə ödəniş üçün isə “Qiwi” kaşloku ilə. Müharibə dövründə olduğumuz üçün Azərbaycan kartı ilə ödəniş bağlıdır. Mən də Qiwi kaşlok dolduran satıcılara c2c ilə köçürmə edib, kaşlokuma rubl alıb ödəniş edirəm. Free Fire də isə ümumiyyətlə invoys verilmir. Yenə heç olmasa PUBG Mobile tranzaskiya bölümündə yadda saxlayır ki, filan gün filan saatda filan İD-ə filan qədər Uc Yükləmisən. Yəni bu da belə. Vəziyyət belədir. Gah google play storedən, gah c2c ilə, gah da TikTok kimi platformalara jetonu sahibkarlıqla kartı ilə ödəniş edib alıram. İnvoys təqdim etməyim alınmır hər ödəniş üçün. Tək variant qalır, bankın aylıq çıxarışını uçotda təqdim etmək. Bankın çıxarışında konkret yazır zatən ay ərzində bu karta 18,000 ümumi mədaxil oldu, 17,200 ümumi (c2c, e-com, komissiya, nağdlaşdırma) məxaric oldu. Ancaq bu şəkildə biləcəklər ki, mən aya 800 azn gəlir əldə etdim. Bunu da inanmıram vergilər qəbul etsin… Bəs nə edim axı mən və mənim kimi satıcılar.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:25, 04/06/2022 ) #79282

“Bunun üçün mən onların kartlarına c2c ilə köçürmə edirəm, onlar da bakiye verir ucuz. “
Bu artıq qara-bazardır deyə bunu xərc kimi göstərməniz alınmır.

Amma xarici saytlardan aldıqlarınızın çıxarışını, invoysunu və.s. saxlayıb xərc kimi göstərə bilərsiniz nə vaxtsa sizi yoxlamağa gəlsələr və ya sizdən online sənəd istəsələr.

Yəni baxın, gəlin ayırd edək.
Sizin ödəməni etdiyiniz tərəf satılan xidmətin/məhsulun leqal sahibidirsə və ya satma hüququ varsa bu halda sizə bu haqda invoys da verir emailə göndərməklə.

Yox əgər siz 2-ci əldən fərdi şəxsdən alırsınızsa, c2c ilə zadla, bu halda onu xərc kimi göstərmək çətin məsələdir.
Belə əməliyyat qazandığınız pulu gedib tutalım restoranda xərcləmək ilə eyni şeydir.

“Tək variant qalır, bankın aylıq çıxarışını uçotda təqdim etmək.”
Bəli, özünüz də yazdığınız kimi, bunu vergilərin qəbul etməsi inandırıcı deyil.
Çünki bunu qəbul etsə, o halda gərək hər kəsin sahibkar kartından xərclədiyi bütün pulları da xərc kimi qəbul etsin.

Fərdi qaydada vergilərə gedib məsələni izah edib bəlkə individual istisnaya nail olmaq olar. Onsuz da qurumların çoxunda bu belədir. Vergi məmuru ilə bir bir punktlar üzrə mübahisə edərək xərclərə salmağa nail olurlar bəzi şeyləri.

Yenə də çalışın təcrübəli bir neçə mühasiblə danışın, əminəm ki, hansındasa bunun üçün bir həll modeli olacaq və sizə təklif edəcək bu həlli.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(17:53, 04/06/2022 ) #79283

Oldu çox təşəkkür edirəm məlumat üçün. Siz vergilərdə xidmət göstərən əməkdaşdan daha çox məlumata sahibsiniz, MaşAllah. Son bir sual, qanunda qeyd olunub ki, ardıcıl 12 ay (aylar) ərzində dövriyyə 200,000 manatdan çox gəliri olan şəxslər gəlir vergisi yox ƏDV vergisi 18% sayılır. Burda dövriyyə söhbəti deyərkən 200,000 manat mədaxildən, yoxsa 200,000 manatdan xərclər çıxıldıqdan sonra qalan gəlirdən gedir ? Çünki əgər mədaxildirsə 200,000-i keçmə ehtimalım 70%-dir. 18% ƏDV vergisi isə mənim işimlə yaxından uzaqdan əlaqəsi yoxdur. Lap deyək bir təhər etdim, axı mən o 18% vergini öz müştərilərimə qaimə faktura kəsərək əvəzləşdirə bilməyəcəm axı.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (22:14, 06/06/2022 ) #79284

    Dövriyyə nəzərdə tutulur 200K dedikdə.
    Mühasiblə danışsaz bütün bu detalları sizə izah edə bilər.
    Ki məsələn ola bilər ki, sizin fəaliyyət sahəsi üzrə 200mindən yuxarı keçsə belə ƏDV verməmək olar bəlkə və.s.

    Və ya digər variant da belə ola bilər ki, siz malı alan ilə satan arasında vasitəçi olasınız və bu halda sizin bütün dövriyyə məhz 15 manatın 1 manatı sayılar – düzdür buna nail olmaq sizin üçün həm texniki həm hüquqi baxımdan çətindir – sadəcə variant kimi deyirəm.
    10+ il əvvəl yadımdadır, ilk payment prosessorlar yarananda ölkədə, vergilər onlardan dövriyyəyə uyğun hesabat tələlb edirdi, onlar da izah etməyə çalışırdı ki, tutalım A şəxsi gəlib mənim saytımda 100 manat işıq pulu ödəyirsə, burada mən o pulu ötürən rolunu oynayıram, ordan mənim cari hesaba keçən pul cəmi 1 manatdır.
    Dövriyyə də o 1 manat olmalıdır, 100 yox.
    Sonra bu problemi həll etdilər.
    Amma bunu həll etmək üçün dediyim kimi texniki təminat olmalıdır – siz isbat etməlisiniz ki siz malı satan deyilsiniz, sadəcə malı alanla satan arasınra körpü rolunu oynayınb 1 azn xidməth haqqı alırsınız.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Browser dəyişikliyi, şəxsi məlumatlar (1 gün əvvəl)

Abstrakt cavab verdi - Browser dəyişikliyi, şəxsi məlumatlar (1 gün əvvəl)

E. Hacı cavab verdi - Browser dəyişikliyi, şəxsi məlumatlar (1 gün əvvəl)

Xeyal cavab verdi - Payonner hesab açma (10 gün əvvəl)

Software Developer cavab verdi - Payoneer kartı / vergi (10 gün əvvəl)

Gulya90 cavab verdi - Payoneer kartı / vergi (10 gün əvvəl)

Software Developer cavab verdi - Xarici valyutalar (10 gün əvvəl)

Software Developer cavab verdi - Payoneer kartı / vergi (10 gün əvvəl)

Ruslan90 cavab verdi - Vatsap da prablem (10 gün əvvəl)

Elon Musk cavab verdi - Mən yol polisi olmaq üçün elə polis akademiyasına qəbul olmalıyam? (10 gün əvvəl)

Sade.insan35 cavab verdi - sualin cavabi nedir (11 gün əvvəl)

Sade.insan35 cavab verdi - Narda tarifleri nece deaktiv etmek olar ? (11 gün əvvəl)

Vahid Hacıyev cavab verdi - Payonner hesab açma (12 gün əvvəl)

Matin.Guliyev cavab verdi - Aliexpressden telefonu pdmden keçirmək? (13 gün əvvəl)

SN cavab verdi - Windows System USTAsı (14 gün əvvəl)

Software Developer - 614 xal

E. Hacı - 606 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 22930 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2022