Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

İmtahan sonrası depressiya

Dünən DİM tərəfindən blok imtahanın birinci cəhdi(İkinci cəhd ödənişlidir) baş tutdu və mən gözlədiyimdən qat-qat aşağı nəticə göstərdim. Qəbul imtahanı bilirsiniz, iki mərhələdən ibarət olur. Birinci mərhələ olan buraxılış imtahanından yüksək nəticə göstərmişdim. Blok üzrə sınaq imtahanlarında 360-370baldan aşağı düşmədiyim halda dünən 300-310 arası bal toplamışam təxminən. İkinci cəhd gələn ayın 21-i olacaq. Çox məyusam, özgüvənim yerlə bir olub. İntihar etməyi belə fikirləşirğm. Bu vəziyyətdən necə xilas ola bilərəm?


Yadda saxlama
Kateqoriya: Sual . , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(22:39, 06/06/2022 ) #79285

Sizin yaşda olanda imtahan vermişdim, cəmi bircə sualı cavab kartına sürüşdürmə nəticəsində səhv köçürdüyümə görə prezident təqaüdündən məhrum olmuşdum. Bu o zaman üçün, o maddi imkan durumu üçün həyati önəmli şey idi. Yəni az qala imtahandan kəsilmək dərəcəsində böyük zərbə idi. O zaman şans də bir dəfə verilirdi, hətta ixtisas belə imtahandan öncə seçilirdi.

Üstündən illər keçib – indi o günləri xatırlayanda həmin an yaşadığım məyusluq və depressiya mənə gülməli bir şey kimi gəlir, uşaq oyuncağı kimi.

Bunu niyə dedim, siz deyirsiniz özgüvənim sıfıra düşüb, intihar belə keçir fikrinzdən – baxın, bir neçə il sonranı düşünün və bu ilki imtahan nəticəsinin nə olacağından asılı olmayaraq, bir neçə il sonra bütün bunların sizə gülməli və ümumi həyatın çooox kiçik bir parçası kimi görünəcək.
Ona görə də məsələyə bir az geniş baxın. Yaşınıza əsasən sizə məlumdur ki, həyatda qazanacağınız uğur və uğursuzluqlar hələ irəlidədir. Cəmi 1-2 il sonra aktuallığını tamamilə itirəcək ötəri bir şeyi dərd etmək lazım deyil.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(22:45, 06/06/2022 ) #79286

İmtahanda gözləniləndən aşağı nəticə göstərməyin bir sıra texniki, psixoloji səbəbləri olur.
İmtahanda Zəka və suallar başbaşa bir biri ilə mübarizə aparmır. Əlavə faktorlar da var.
Həyəcan, panika, bir anlıq hər şeyi unutmuşluq durumuna düşmək və onu imtahan sonuna qədər tam ləğv edə bilməmək və.s.
Siz ola bilər ki, bunlardan bir və ya bir neçəsinə məruz qalmısınız.
Ona görə də özünüzə güvənin, təlaş etmədən kefi kök halda növbəti imtahana hazırlaşın.
Və hazırlaşarkən də rahat olun – imtahanın sizin gələcək həyatınızı, şəxsiyyət kimi özünüzü təsdiqinizi, karyerarınızı qətiyyən dəyişmədiyini nəzərə alın.
Yəni imtahanda mümkün 700 bal da toplasanız, sıfır bal da toplasanız, gələcək həyatınızda böyük uğurlar qazanma şansınız ciddi şəkildə nə artmır nə də azalmır. Universitet, ixtisas və.s. bütün bunlar sadəcə müəyyən marşrut xəttidir, hara gedəcəyiniz sizin gələcəkdəki inkişafınızdan, qərarlarınızdan asılı olacaq. – bu məsələdə isə imtahan, universitet elə də ciddi rol oynamır. Rahat olun kefi kök növbəti imtahanı gözləyin – və bütün ehtimallara qarşı narahatlıq yaşamadan hazırlaşın – elə olan halda panika və hər şeyi unutma ehtimall da qalmayacaq və maksimal nəticə göstərəcəksiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (11:51, 07/06/2022 ) #79291

    Çox sağ olun, həqiqətən. İlk günlərdir deyə son bir aykı stress hələ də üstümdədir. Sanki bütün əziyyətim heç olmuş kimi hiss edir insan, bir ay gözləməli olacağam. Bu yoldan keçmiş birinin fikirlərini eşitmək çox yaxşı təsir elədi. Ümid edirəm, ikinci imtahanda maksimal 400 balı yığaraq bura yazacam.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (14:26, 07/06/2022 ) #79292

      Özüm də o proseslərdən keçmişəm deyə başa düşürəm sizi.
      Fərq odur ki, məndə həmçinin üstündən illər keçib deyə həm də o baxımdan qiymətləndirə bilirəm o proseslərin əsl əhəmiyyətini, həmin an yaşadığım stressin əslində yanlış olmasını və.s.

      Oldu, növbəti imtahanın nəticəsini paylaşarsınız.

      Yenə deyirəm, nəticə nə olur olsun, sizin gələcəyinizi bu nəticənin təyin etmədiyinə rahatca əmin ola bilərsiniz. Bu prosesdən keçmiş və yaşı 25-i keçən istənilən şəxsdən soruşa bilərsiniz.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(00:16, 07/06/2022 ) #79290

Həyat bir dəfə yaşanır, belə şeyləri çox da böyütməyin, kimsə dülgər olur, kimsə isə maliyəçi, amma hamı həyatına davam edir. Ola bilsin cavansız deyə belə təsir edir sizə, amma oturaşandan sonra belə şeylərə ciddi baxmayacaqsız. Mən də qəbul imtahanında istədiyimdən xeyli az yığmışdım və heyifsilənirdim amma ondan sonra olan uğursuzluqlara daha fikir vermirəm. Onsuzda ölüb gedəcəyin 😉 Kainat çərçivəsində belə şeylər zərrədən də balacadı.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(03:58, 09/06/2022 ) #79295

Xoşuna gələn peşəni tap (tapmamısansa) və o sahənin üstünə düş. Özünü inkişaf etdir o sahədə. Vaxtını sənə xeyir verməyən şeylərə itirmə. Onda görəcəksən qorxulası heç nə yoxdu. Öz güvənin də yüksələcək.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Browser dəyişikliyi, şəxsi məlumatlar (23 saat əvvəl)

Abstrakt cavab verdi - Browser dəyişikliyi, şəxsi məlumatlar (1 gün əvvəl)

E. Hacı cavab verdi - Browser dəyişikliyi, şəxsi məlumatlar (1 gün əvvəl)

Xeyal cavab verdi - Payonner hesab açma (10 gün əvvəl)

Software Developer cavab verdi - Payoneer kartı / vergi (10 gün əvvəl)

Gulya90 cavab verdi - Payoneer kartı / vergi (10 gün əvvəl)

Software Developer cavab verdi - Xarici valyutalar (10 gün əvvəl)

Software Developer cavab verdi - Payoneer kartı / vergi (10 gün əvvəl)

Ruslan90 cavab verdi - Vatsap da prablem (10 gün əvvəl)

Elon Musk cavab verdi - Mən yol polisi olmaq üçün elə polis akademiyasına qəbul olmalıyam? (10 gün əvvəl)

Sade.insan35 cavab verdi - sualin cavabi nedir (11 gün əvvəl)

Sade.insan35 cavab verdi - Narda tarifleri nece deaktiv etmek olar ? (11 gün əvvəl)

Vahid Hacıyev cavab verdi - Payonner hesab açma (12 gün əvvəl)

Matin.Guliyev cavab verdi - Aliexpressden telefonu pdmden keçirmək? (13 gün əvvəl)

SN cavab verdi - Windows System USTAsı (14 gün əvvəl)

Software Developer - 614 xal

E. Hacı - 606 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 22930 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2022