Payoneer kartı / vergi

Salamlar hər kəsə. Burada payoneere aid bir çox postları oxumuşam, amma yenədə öz sualıma tam cavab tapa bilməmişəm diyə dəqiqləşdirmək istəyirəm. Deməli, mən inetdən pul qazanıram və payoneer hesabımdan yerli hesabıma (sahibkar hesabıma) transfer edirəm. Qazancım çox azdır, nə qədər çalışıram çox qazanım alınmır, ona görədə pulumu bütün rüsumlardan sonra alanda çox balaca bir məbləğ alınır. Payoneerin özü transfer zamanı 15 dollar, yerli hesaba oturanda ortada müxbir bank olur oda 20-25 dollar, banka gedib pulu alanda bank çıxır müəyyən faizlərini və nəğləşdirmədə çıxır hımçinin, ondan sonra sığorta, sosial və 2% vergi ödeyirəm. Sualım odur ki mən payoneer kartını sifarış versəm, bir başa o kartdan burda ATM nən pul çıxartsam yenə vergi ödəməliyəm? Yəni məni məcbur edə bilərlər get vergi öde? Qazancım azdır diyə sərfəli yollar axtarıram. Qazancı artırandan sonra burdaki yerli hesaba transfer etmək məni narahat eləməz.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Software Developer (2022-06-20 12:10:34)
Ironik səslənsə də sərfəli tək yol daha çox qazanmaqdır. Yəni vergini komissiyanı necə azaldım yox, necə edim 5-10 qat daha çox qazanım - bunun üzərində baş sındırmaq lazımdır. İndiki durumda isə qazanılanı daha gec-gec çıxarmaqdır tək çarə. Ki bu komissiyalar, faizlər və.s. daha az olsun. 250 çox azdır belə limit üçün. İllik 200 min azn qazancadək mikro sahibkar hesab edilir, və bu şəxslər tam vergidən azad olmalıdır, əgər pul xaricdən gəlirsə və qazanan tək bir şəxsdirsə.

Gulya90 (2022-06-20 11:26:50)
Çox təşəkkür edirəm cavabınıza görə. Bəli, əgər hətta minimum limit qoysaydılar məsəl üçün 250 dollara kimi qazanca vergi olmasın, oda pis olmazdı. Mən aya güclə 100 dollar edirəm, oda yığılır 3 aydan bir çıxarıram yəni hər rüb, sondada çox az qazanc qalır əlimdə. Əziyyətimə dəymir heç.

Software Developer (2022-06-20 08:45:26)
"ATM nən pul çıxartsam yenə vergi ödəməliyəm" Qanunla ATM və ya cari hesaba gələn pul - fərq etmir. Hər ikisi eyni vergi öhdəliyi yaradır. Məcburiyyətə gəldikdə isə, xeyr vergi bizdə öncədən məcburiyyətlə deyil, bəyan ilədir. Yəni siz özünüz gedib ödəyirsiz, sizdən tutmurlar vergini. Ödəməmək də qanuni məsuliyyət yaradır. Yəni belə deyək, bankomatdan birbaşa çıxarsanız və vergi verməsəniz, buna görə yəqin ki hansısa cəza olmayacaq - çünki ona nəzarət mexanimi tam olaraq yoxdur - sadəcə nəzərə almaq lazımdır ki, bunu etmək vergi öhdəliyindən azad etmir sizi. Məncə müvafiq dövlət qurumlarına da təklif olaraq yazın, nə qədər çox adam yazsa o qədər faydalı ola bilər - "Qazancı Azərbaycandan olmayan fərdi sahibkarlar vergidən azad edilsin" tipli təklif. Necə ki, Gürcüstanda elədir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Gömrük bəyannaməsi

Rüsum. (Shopping)

Online kurs uçun hansı vergi novu seçməliyəm

Vöenle bağlı 1 -2 sual

Payoneer kartından hansı bankomatdan pul çıxarmaq sərfəlidir?

Payoneer kartdan pul çıxartdıqda vergi