E ticarətə başlamaq və bunun rəsmi tərəfi

Salam mən e ticarətlə məşğul olmaq istəyirəm. Hədiyyələr, parfüm və bujiteri məhsullar satılacaq əsas. Satış sayt və instagram səhifəsindən olacaq. Mənim bəzi suallarım var zəhmət olmasa cavablayarsız.
1. Online ödəniş üçün hansı şirkəti məsləhət bilirsiz?
2. Qapıda kartla ödəmə xidməti üçün post terminal lazım olacaq, hansı bankla biznes hesap açsam bu post terminalı ödənişsiz ala bilərəm? Əgər ödənişli olsa neçəyə başa gəlir?
3. Məhdud məsuliyyət cəmiyyəti üçün qeyd olmağa hazırlaşırıq. İlkin məlumatlı olmaq üçün soruşuram sadələşdirilmiş vergi növünü seçəcəyik, burda biz aylıq nə qədər ödəniş edəcəyik? Və satışdan qazanılan məbləğin nə qədər qismi vergi olaraq veriləcək?
4. Vergi nəyə əsasən hesablanır? Məsələn aylıq 1000 azn dövrüyə olunub lakin bunun 700 manatı məhsulun maya dəyəridir. Belə olduqda vergi bizim qazancımız olan 300 manatdan tutulur? Qeyd edimki Məhsulları rəsmi online mağazalardan alırıq və e fatura mövcuddur.
Öncədən təşəkkür edirəm


Yadda saxlama
Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

(13:34, 01/07/2022 ) #79333

1. Pasha, Kapital, Azericard, Millicard, Portmanat var.
Payriff var bir də daha asan inteqrasiya vəd edir. Bürokratiyası yoxdur.

2. Bunu banklardan soruşa bilərsiz. pashada bankofbakuda və.s. pulsuzdur. sadəcə şərtləri olur da nələrsə, onları danışmanız lazımdır.

3. sadələşmiş vergi 2%dir 200 min dövriyyəyə qədər. (illik dövriyyə)

4. Sadələşmiş vergi dövriyyədən yəni 1000 azn-dən tutulur. Sizin biznes modeldə dövriyyə böyük, marja kiçikdirsə, o halda sadələşmişdən imtina edib 5%lik gəlir vergisini seçə bilərsiniz.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

ferid cavab verdi - Türkiyədən Azərbaycana pul göndərmək (1 gün əvvəl)

Bashirzade cavab verdi - İxtisas seçimi (4 gün əvvəl)

selef cavab verdi - Flash kart (5 gün əvvəl)

E. Hacı cavab verdi - Html fayl ilə giriş səhifəi və şəxsi panel (8 gün əvvəl)

Software Developer cavab verdi - Şəxsiyyət Vəsiqəsi ilə bağlı sualım var (10 gün əvvəl)

E. Hacı cavab verdi - İxtisas seçimi (14 gün əvvəl)

user110 cavab verdi - Payoneer kartdan online istifade zamanı vergi (16 gün əvvəl)

Software Developer cavab verdi - Payoneer kartdan online istifade zamanı vergi (16 gün əvvəl)

user110 cavab verdi - Payoneer kartdan online istifade zamanı vergi (16 gün əvvəl)

Software Developer cavab verdi - Payoneer kartdan online istifade zamanı vergi (16 gün əvvəl)

user110 cavab verdi - Payoneer kartdan online istifade zamanı vergi (16 gün əvvəl)

E. Hacı cavab verdi - Xarici pasport dəyişəndə seriya nömrəsi dəyişirmi? (21 gün əvvəl)

ahmed cavab verdi - CSS Header left right (23 gün əvvəl)

E. Hacı cavab verdi - CSS Header left right (23 gün əvvəl)

hamid.abd cavab verdi - debet karta mudaxilə? (25 gün əvvəl)

Software Developer - 614 xal

E. Hacı - 606 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 22966 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2022