Salam. Tutaq ki, chrome browseri ilə qeyd olduğumuz sayta, eyni telefonla, lakin, başqa browser ( opera ) ilə daxil olub təkrarən üzv oluruq. Bu zaman etdiyimiz bu dəyişiklik bizi sayt sahibinin ( idarəçilərin ) nəzərinə çatdırırmı, biz olduğumuzu faş edirmi?
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
1
Brauzerdəki məlumatdan başqa digər məlumatlar 100% demir ki, bu həmin adamdır. Amma 99% deyə bilər əlbəttə. Analiz etməklə.
Məsələn başlıca şübhə mənbəyi İP nömrənizdir.
Brauzeri dəyişdikdə sayt sahibi loglara baxarsa əlbəttə görəcək ki, eyni adamdır, çünki girişdəki ardıcıllıq və İP eyniliyi bunu demiş olacaq.
İP fərqli olsa artıq iş çətinləşir bəli.
Bir də mobil cihazlar məsələsi var – mobildən girəndən smartfonların adı da user-agent-də görsəniz deyə başqa brauzerdən girdikdə də oradan bilinə bilər ki eyni cihazdırsa, (tutalım samsung galaxy A73) o halda eyni adam olmuş ola bilər.
0
İP nömrəsini cihaz sahibi dəyişə bilirmi, olursa, asan prosesdirmi?
Dolğun cavabınız üçün çox sağ olun, Elvin bəy.
0
IP nömrəni provider təyin edir, siz yox.
VPN və ya proxy işlədəndə İP dəyişir.
Sual verin
Cavab verin