Google Pulqabı haqqında

Salam. Sualım Google Pulqabındakı "Loyallıq kartı" bölümü ilə əlaqəlidir. Aplikasiyada "Pulqabına əlavə edin" yazısının üzərinə vurduqda görünən siyahıda "Loyallıq kartı" bölümü var. Həmin bölümə baxanda orda üç marketin adı göründü. Mən məsələn Araz marketin bonus kartındakı barkod olan hissəni Google Pulqabı aplikasiyası ilə skan etdim və barkod əlavə edildi aplikasiyaya. Bilmək istəyirəm ki bu deməkdir ki bundan sonra Araz marketdə aldığım şeylərin kassada ödənişini etdiyim vaxt kartın bonus kartı olmadan Google Pulqabı aplikasiyasına əlavə edilən həmin barkodu bonus kartının əvəzinə istifadə edə bilərəm deməkdir? Yəni kassa işçisi bonus kartı əvəzinə Google Pulqabı aplikasiyasındakı həmin barkodu oxuda bilər telefonun ekranını göstərsəm öz cihazı ilə? Bonuslar bu üsul ilə də toplana bilir yəni? Zəhmət olmasa bilənlər cavab yazsın, təşəkkür.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Software Developer (2022-11-23 14:08:36)
Təbii ki oxudacaq, necə oxutmaya bilər ki? Barkod barkoddur hər yerdə. Mən məsələn nə kart nə də app istifadə etmirəm. Eləcə barkod hissənin şəklini screenshot etmişəm telefonda ekranda əl çatan yerdə, hər dəfə o şəkli açıb göstərirəm marketlərdə hərəsinə uyğun. App və kart olmadan. İndi bu vallet də eyni şeyi edir.

Galaxy (2022-11-23 11:40:59)
Software Developer, yəni bilmək istəyirdim ki Google aplikasiyasındakı həmin barkod kassada oxudulanda bonuslar toplanacaq Araz market bonus balansıma ya yox. Sualda axırda yazmışdım. :D

Software Developer (2022-11-16 22:09:38)
kassada niyə təqdim edim əgər bonus kartı kimi istifadə edilə bilməyəcəksə Təqdim etməsəniz cashback kartınıza necə oturacaq bəs? Hazıda nəyi təqdim edirsinizsə(app-dakı barkod və ya fiziki loyallıq kartı), onun əvəzinə google walletdə həmin kartı açıb göstərirsiniz kassada. Adı üstündə - Wallet. Loyallıq kartlarının tarixi çoxdur, və insanlar hər zaman kartları portmanatlarında daşıyırdılar. Sonra elektron vasitələr çıxdı və başladılar deməyə ki, kartı əlavə edin bizim proqrama, elektron portmanata(walletə) və o qədər kartı özünüzlə daşımaq məcburiyyətndə qalmayın. Və ya hərəsinə aid ayrıca app qurmayın, hamsı bir arada olsun.

Galaxy (2022-11-16 15:11:38)
Başa düşmədim, kassada niyə təqdim edim əgər bonus kartı kimi istifadə edilə bilməyəcəksə, yəni sualım bu idi ki aplikasiyaya əlavə olunan həmin barkod nə işə yarayacaq?

Software Developer (2022-11-16 15:03:08)
Yox o sadəcə marketdə kassada təqdim etmək üçündür. Wallet = bir yerə toplayan. Avtomatik nəzərə alması da əlbəttə əla olardı.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ərzaq mağazası açmaq

Mağazadan kompyüter alarkən satıcıdan nə istəməli

NFC nədir?

Online Mağaza saytları

nokia 700 də nfc proqramı və başqa proqram haqqında

nfc ni telefonumda nece islede bilerem?