Script satışı

Salamlar. Azərbaycanda bir çox firmalara baxıram ki, scirpt satışıyla məşğul deyillər. Adətən firmalarımız böyük məbləğ qarşılığında sayt yaradır admin panel verir. hazırladığım scirptləri sizcə hansı formada sata bilərəm sayt üzərindənmə yoxsa necə fikirləriniz maraqlıdır.

demolar /
demo.kmg.az
e1.kmg.az
salon.kmg.az
huquq.kmg.az


Yadda saxlama
Kateqoriya: Sual . , , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

(21:15, 30/11/2022 ) #79439

Kütləvi satış üçün nəzərdə tutulan bir “script”i, proyekti, framework’ü satışa çıxarmaq üçün, ona uyğun alıcı kütləsi olan bazar lazımdır. Burada isə çox satış edəcəm düşüncəsi ilə, qiymət aşağı olmalıdır. Məsələn, tutaq ki, 1 şirkət üçün hazırladığınız e-commerce proyektə minlərlə dollar qiymət oxuya bilərsiniz, hansı ki müştərinin sifarişi ilə özəlləşdirmə və s. edəcəksiz. Amma əgər eyni scripti bazara minlərlə istifadəçiyə çıxaracaqsızsa, avtomatik qiyməti düşüb olur 30-100 dollar arası bir şey. Çünki burada siz şablonunuzu satırsız, bunu da end user yox, həmin end user üçün e-commerce sayt açacaq developer alıb (outsource və ya insource, fərq etməz), müştərinin istəyinə uyğun dəyişdirəcək. O səbəbdən Azərbaycan bazarında lazımi dəyər görmək mümkün deyil. Hətta Azərbaycan bazarında sizin scriptinizi alıb, müştəriylə işləyənlər daha çox qazanacaq. Azərbaycanda bazar 2 yerə bölünür, birincisi yüksək məbləğlər ödəyib enterprise-scale xidmət alan şirkətlər, ikincisi WordPress, Opencart-la hazırlanmış proyektlərə qaçanlar (Bu proyektlər normal hazırlananda problem yoxdur, nulled tema və s. ilə edirlər).
Siz normal satış etmək istəyirsizsə, skriptlərinizi ingiliscə edib qlobal marketlərdə satın.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (21:17, 30/11/2022 ) #79440

    fikirləriniz üçün təşəkkür edirəm . Azərbaycan yenədə gördüyüm qədəriylə 30 il geridən gəlir =))) İnşAllahki bunu düzəldərik

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(12:36, 01/12/2022 ) #79441

Azərbaycanda bu skriptləri yalnız individual qaydada satmaq mümkündür. O da satış bacarığı tələb edir.
Yəni sayta qoysanız satışa, heç kim almayacq. Bir-bir bu tip biznesi olanlarla əlaqəyə keçib xidmət şəklində təklif etmək olar. (hosqint qurmaq+1 illik support+skript = filan qiymətə)

Qlobal bazarda isə digər cavabda da yazıldığı kimi – 30-100$ arası satmaq olar bir lisenziyanı. Amma nəzərə almaq lazımdır ki, qlobal bazarda satış həddən artıq çətindir çünki eyni işi görən minlərlə template var.
Ona görə də şəxsən mənə ağlabatan görünən yerli bazarda individual satmaq cəhdidir.
O tutarsa, real bir neçə istifadəçi olarsa, sonra da qobalı düşünmək.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(15:10, 06/12/2022 ) #79444

Scriptlər sizə məxsusdur?

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:04, 06/12/2022 ) #79448

    bəli

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:42, 12/12/2022 ) #79450

Salam. İlk öncə scriptlərə baxanda sürətin az olduğunu gördüm, yəqinki optimizasiya işləri aparmamısınız.

Xarici saytlarda daha yaxşı satmaq olur. Mən hazır scriptləri tərcümə edib, bugları aradan qaldırıb, codester saytında yüksək qiymətlə satırdım. Həmin saytdakı qaydalar envato və digərlərinə nisbətən daha yumşaqdır, yoxlanışdan keçmək olur

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

E. Hacı cavab verdi - Elektron servis xidmətləri (7 gün əvvəl)

cavaninsan cavab verdi - Amerika səhmləri (16 gün əvvəl)

Software Developer cavab verdi - Amerika səhmləri (16 gün əvvəl)

SN cavab verdi - Kripto vergi (25 gün əvvəl)

Nicat97 cavab verdi - ilkaddimlar.com-a nə oldu? (32 gün əvvəl)

nicatmemmedli cavab verdi - Proqramlaşdırma - fəlsəfə (36 gün əvvəl)

nicatmemmedli cavab verdi - ilkaddimlar.com-a nə oldu? (36 gün əvvəl)

Software Developer cavab verdi - ilkaddimlar.com-a nə oldu? (46 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (55 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (57 gün əvvəl)

E. Hacı cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (57 gün əvvəl)

Triste cavab verdi - Adsense ya görə VÖEN gəlir vergisi 20% istəyirlər (57 gün əvvəl)

E. Hacı cavab verdi - Telefon almışam kamerasında ləkə var qaytarmaq istəyirəm, mağaza qaytarmır (57 gün əvvəl)

Software Developer cavab verdi - Rus dili yatırımı (58 gün əvvəl)

Cənab cavab verdi - Rus dili yatırımı (58 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23309 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2025