global sayta stripe ödəmə sistemi və nağdlaşdırma

salam. xahiş edirəm kimin məlumatı varsa məni də məlumatlandırsın, mənim global saytım var və ora stripe ödəmə sistemi quraşdırmaq istəyirəm. layihəni hələ istifadəyə verməmişəm. mən bilmirəm mənim saytımda ödəmə edən istifadəçilər amerikalılar olacaq, avropdan olacaq, yoxsa pakistandan yoxsa hindistandan. əgər elə tip ölkələrdən olsa stripe hesabımı blok edə bilər? hansı hallarda blok edir hesabı?
2ci sual: əgər mənə hər ay 15-20.000 dollar gəlirsə stripe hesabından wise hesabına transfer etsəm onu burda vöen açmadan xarici vətəndaş kimi nağdlaşdıra bilərəm? bilərəmcə necə? banka yaxınlaşıb yoxsa yalnız ATM vasitəsilə? xahiş edirəm bu iki sualımı cavablandırardınız


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

(15:49, 14/02/2023 ) #79535

stripe ödəmə sistemi Azərbaycanı dəstəkləmir. Dəstəklədiyi ölkələrdən birində şirkət açmalısınız. https://stripe.com/global

Əgər elə tip ölkələrdən olsa stripe hesabımı blok edə bilər? hansı hallarda blok edir hesabı?
normal müştərilər ödədikdə heç bir problem olmaz. şübhəli və ya fırıldaq əməliyyatlara bənzədikdə, bəli blok edib sizdən izah istəyə bilər.

əgər mənə hər ay 15-20.000 dollar gəlirsə stripe hesabından wise hesabına transfer etsəm onu burda vöen açmadan xarici vətəndaş kimi nağdlaşdıra bilərəm?
Əgər xarici kartınız varsa tutalım wise kart, bəli texniki olaraq mümkündür vöen açmadan pulu nəqdləşdirmək. ATM-də də bankda da, fərqi yoxdur.
Amma texniki olaraq mümkünklük qanunidir demək deyil.
Yəni dediyiniz birbaşa qanun pozuntusu olmuş olar və məsuliyyətə cəlb etmək də var belə şey üçün.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:44, 14/02/2023 ) #79536

    Əvvəla cavabınız üçün təşəkkür edirəm, Elvin bəy. xeyr qeyri-qanuni ödəniş olmayacaq saytdan. Qanuni elektron xidmət satışıdı (global). Sadəcə çox oxudum ki , səbəbsiz blok edir ona görə maraqlı gəldi.

    2ci cavabınızı tam anlamadım əgər mənim xarici şirkətim və xarici bank kartım (wise) varsa və pul nağdlaşdırıramsa hansı qanunla məsuliyyətə cəlc edə bilərlər?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

      (18:15, 14/02/2023 ) #79537

      1. Şübhəli bildiyi ödənişin faizi çox olanda blok edir – onlar da özlərini sığortalayırlar. Belə deyim, tutaq ki, qiyməti yuxarı etsəniz və alıcılar da əsasən qərb ölkələri olsa, problem də olmur.

      2. bir az mürəkkəb məsələdir o. Xaricdə vergi verirsinizsə şirkət olaraq bəli o halda şirkətiniz Azərbaycanda heç bir vergi vermir, çünki Azərbaycan ilə heç bir əlaqəsi olmur.
      Amma siz fərd olaraq Azərbaycanın rezidentisinizsə(il ərzində 6 aydan çox yaşamaq) o halda o şirkətin qazancını şirkətin sahibi olaraq(dividend) özünüz üçün məxarci edəndə burada vergiyə düşür həmin o çıxarılan mənfəət. Loru desək şirkətinizin burda vergi öhdəliyi olmur, amma sizin şəxs olaraq olur.
      bütün bunları təcrübəli mühasib ilə müzakirə də edə bilərsiniz, sizə detalları izah edər sizin üçün ən optimal variantı təklif edər.

      Əgər sual versəniz ki, bəs bu burda qala-qala xaricdə şirkət açanlar burda mənfəət vergisi ödəyirmi – cavab yox. Əksəriyyət ödəmir. Bəziləri şirkət adından xərcləyir elə birbaşa. Bəziləri sadəcə gizlədir və.s. – bunun aşkara çıxarılması mexanizmi hələ ki çətindir deyə(bizim vergi sisteminin xarici sistemlərlə inteqrasiyası zəifdir) bundan sui-istifadə edilir. amma təkrar edirəm bu məsuliyyətdən azad etmir onları.

      Sizin durumda məncə düzgün olan bu olar ki siz işin bu tərəfi ilə maraqlanmadan işə başlayıb Atlas(Stripe) və ya digər xidmətlə şirkətinizi açın, pulu qazanmağa başlayın, pulu fərd olaraq özünüzə cashout etmək istəyəndə artıq mühasib tapıb məsləhətləşərsiniz. O ana isə hələ çox var, çünki setup, tanıtım, marketinq və satış işləri azı bir neçə ay zaman alacaq bir prosesdir.

      Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:50, 14/02/2023 ) #79538

təşəkkür edirəm geniş məlumat verdiyiniz üçün var olun! 🙂

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Software Developer cavab verdi - Qırılmış nömrə nə vaxt tam bağlanır (1 gün əvvəl)

Emil Imanov cavab verdi - Rus dilindən mətni tərcümə etmək (1 gün əvvəl)

Software Developer cavab verdi - Payoneer kartdan pul çıxartdıqda vergi (3 gün əvvəl)

Software Developer cavab verdi - Wise vasitəsilə bank kartına pul köçürmə (7 gün əvvəl)

Software Developer cavab verdi - Rus dilindən mətni tərcümə etmək (7 gün əvvəl)

Cənab cavab verdi - Almanca söz bazası yığmaq (10 gün əvvəl)

rdrobert cavab verdi - Mikrofon süngərinə yazı (11 gün əvvəl)

rdrobert cavab verdi - Yerli virtual olaraq dost tapmaq platforması (11 gün əvvəl)

rdrobert cavab verdi - Almanca söz bazası yığmaq (11 gün əvvəl)

rdrobert cavab verdi - Playstation 4 almaq, Playsation klub açmaq (11 gün əvvəl)

rdrobert cavab verdi - Proqramistin ixtsasi hansidir? (11 gün əvvəl)

Software Developer cavab verdi - Azercell Kabinetim aplikasiyasında İstəSən tarifi haqqında (13 gün əvvəl)

Software Developer cavab verdi - Proqramistin ixtsasi hansidir? (13 gün əvvəl)

byshako cavab verdi - Google Azərbaycan nömrələrini qəbul etmir (23 gün əvvəl)

rdrobert cavab verdi - Honeygain, passiv gelir (24 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 607 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23237 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024