Payoonerdən pul çəkəndə dövlətə hansı vergiləri ödəməliyəm?

Salam. Mənim bir neçə sualım var. Tutaq ki freelancer olaraq işləyib dollar qazanıram. Pulu çəkmək üçün də payoneerdən istifadə edirəm. Buna görə mən dövlətə hansı vergiləri ödəməliyəm? Təkcə gəlir vergisi yoxsa DSMF-ə də vergi ödəməliyəm? Bu vergilər neçə faiz olur? Vergi ödəmək üçün mütləq şəkildə VÖEN açdırmalıyam? Çox xaiş edirəm, bu barədə məlumatlı olan biri mənə də məlumat verərdi. Öncədən təşəkkürlər


Kateqoriya: Sual . , , . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

(15:40, 17/04/2023 ) #79612

Bu haqda sual-cavab çoxdur saytda. Axtarış edə bilərsiniz.

5% gəlir vergisi + Minimum əmək haqqının 25%-i aylıq DSMF + icbari tibbi sığorta.

Yuvalaq desək, ayda 2min manat qazansanız, aylıq təxminən 80 azn DMSF, 18 azn tibbi sığorta. 3 ayda bir isə 300 azn gəlir vergisi (2000+2000+2000-in 5%-i)
Beləliklə aylığa bölsək, aylıq 2000 azn gəlir olduqda ayda 200 azn-ə yaxın çıxır sizdən.

İstənilən bir mühasib ilə danışın, sizə hamsını izah eləsin. Bu tip şeylərin hesabatını tək aparmanız çox çətin olar və çox ciddi zamanınızı alar. Ona görə də sadəcə gəliri mühasibə deyirsiniz, o sizin üçün hamısını edir(təbii ki zəhmət haqqını ödəyirsiniz)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:51, 17/04/2023 ) #79613

    Çox sağolun cavab üçün. Mən özüm mühasib köməkçisi işləyirəm, təzə başlamışam. Yaşım azdı. Ona görə belə şeyləri hələ bilmirəm. Təzə-təzə öyrənirəm. İstəyirəm sadəcə özüm öyrənim və özüm edim hər şeyi. Sayta baxdım, cavablar var amma konkret cavablar görmədim. Bununla bağlı qanunvericilikdə ya da başqa bir yerdə konkret məlumat var mı, bilmirsiz? Varsa hardan oxuyub öyrənə biləcəyimi deyə bilərsiz mənə zəhmət olmasa? Özüm oxuyub öyrənmək istəyirəm. Bir də bu vergiləri ödəmək üçün VÖEN açdırmaq mütləqdi, həə?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cavablar AI cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

E. Hacı cavab verdi - səsli kitab saytında müəllif hüquqları (34 gün əvvəl)

evonline.az cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (39 gün əvvəl)

Cənab cavab verdi - Abune kodu - qaz (52 gün əvvəl)

nihatt cavab verdi - Aztelekomun Huawei GPON modeminin login və şifrəsi (69 gün əvvəl)

Mesud cavab verdi - C++ aid məsələ (85 gün əvvəl)

Toofiq cavab verdi - Abune kodu - qaz (86 gün əvvəl)

Toofiq cavab verdi - Mahni axtariram, azerbaycanin klipi idi. (86 gün əvvəl)

selef cavab verdi - gömrük bağlamanı saxladı (105 gün əvvəl)

walkingdead4 cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (120 gün əvvəl)

Devequsu cavab verdi - Niqodnilik haqqında yardım ederdiz (122 gün əvvəl)

E. Hacı cavab verdi - Manual QA vs Wordpress (137 gün əvvəl)

SN cavab verdi - .az domaini whois serveri niyə işləmir? (181 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

byshako cavab verdi - .az domaini whois serveri niyə işləmir? (182 gün əvvəl)

Software Developer - 616 xal

E. Hacı - 610 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23348 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2026