Payoonerdən pul çəkəndə dövlətə hansı vergiləri ödəməliyəm?

Salam. Mənim bir neçə sualım var. Tutaq ki freelancer olaraq işləyib dollar qazanıram. Pulu çəkmək üçün də payoneerdən istifadə edirəm. Buna görə mən dövlətə hansı vergiləri ödəməliyəm? Təkcə gəlir vergisi yoxsa DSMF-ə də vergi ödəməliyəm? Bu vergilər neçə faiz olur? Vergi ödəmək üçün mütləq şəkildə VÖEN açdırmalıyam? Çox xaiş edirəm, bu barədə məlumatlı olan biri mənə də məlumat verərdi. Öncədən təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Software Developer (2023-04-18 00:27:18)
Əla, işiniz onda xeyli asan olacaq. Bəli, vergi ödəmək üçün VÖEN mütləq şərtdir. Online etmək olur. https://login.e-taxes.gov.az/login/?tab=4 Vergilər barədə isə qanunvericiliyi oxumaq lazımdır. Məsələn https://www.taxes.gov.az/az/page/beyanname https://www.taxes.gov.az/az/page/telimatlar https://www.taxes.gov.az/az/page/ar-vergi-mecellesi

Rasim000 (2023-04-17 16:51:55)
Çox sağolun cavab üçün. Mən özüm mühasib köməkçisi işləyirəm, təzə başlamışam. Yaşım azdı. Ona görə belə şeyləri hələ bilmirəm. Təzə-təzə öyrənirəm. İstəyirəm sadəcə özüm öyrənim və özüm edim hər şeyi. Sayta baxdım, cavablar var amma konkret cavablar görmədim. Bununla bağlı qanunvericilikdə ya da başqa bir yerdə konkret məlumat var mı, bilmirsiz? Varsa hardan oxuyub öyrənə biləcəyimi deyə bilərsiz mənə zəhmət olmasa? Özüm oxuyub öyrənmək istəyirəm. Bir də bu vergiləri ödəmək üçün VÖEN açdırmaq mütləqdi, həə?

Software Developer (2023-04-17 15:40:59)
Bu haqda sual-cavab çoxdur saytda. Axtarış edə bilərsiniz. 5% gəlir vergisi + Minimum əmək haqqının 25%-i aylıq DSMF + icbari tibbi sığorta. Yuvalaq desək, ayda 2min manat qazansanız, aylıq təxminən 80 azn DMSF, 18 azn tibbi sığorta. 3 ayda bir isə 300 azn gəlir vergisi (2000+2000+2000-in 5%-i) Beləliklə aylığa bölsək, aylıq 2000 azn gəlir olduqda ayda 200 azn-ə yaxın çıxır sizdən. İstənilən bir mühasib ilə danışın, sizə hamsını izah eləsin. Bu tip şeylərin hesabatını tək aparmanız çox çətin olar və çox ciddi zamanınızı alar. Ona görə də sadəcə gəliri mühasibə deyirsiniz, o sizin üçün hamısını edir(təbii ki zəhmət haqqını ödəyirsiniz)