Salam, mən UpWork-da vergi bölməsini səhv doldurdum (orada nəyisə səhv yazandan sonra silmək olmur). Düzgün məlumatları da yazmaq üçün məndə Tax Residence və TIN yoxdur (belə anladım ki, VOEN-dir).
Upwork-a başa saldım ki, məndə TIN yoxdur. İndi mənə W8BEN formunu veriblər ki doldurum onlara göndərim özləri düzəltsin. Amma W8-BEN form TIN tələb edir. W8-BEN formu –>https://www.irs.gov/pub/irs-pdf/fw8ben.pdf
Sualım: Tax Residency məlumatlarını yazmaq və W8-BEN formunu doldurmaq üçün VÖEN açmaq lazımdır?
Bir də, W8-BEN -> Part 2 (Claim of Tax Treaty Benefits) -> 10. Special rates and conditions bölməsində Azərbaycan üçün nə yazmalıyam? (Hansı qanun, bir də neçə fayiz)
Sual verin
Cavab verin